Ermənistan

Şurnux kəndin sakinləri evlərini yandırıb Paşinyanı lənətləyir - VİDEO

4 Yanvar 2021 23:25
Baxış: 2 963
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Zəngəzur rayonunun Şurnux kəndinin sakinləri evlərini yandırırlar. Milli.Az erməni KİV-lərinə istinadən xəbər verir ki, yanvarın 4-də Şurnux kənd sakini Ararat Agabekyan tərəfindən bir video yayımlandı.

Kənd sakini səlahiyyətlilərin davranışının buna səbəb olduğunu qeyd etdi.

"Nikol, budur Şurnux sakinindən Yeni il hədiyyəsi. Bu, müvəqqətidir. Evimi yenidən tikəcəyəm. Növbə ilə yandıracağıq, Nikol, və səni ən böyük odda yandıracağıq. Sən qoşunları məhv etdin, insanları məhv etdin, sənə lənət etməyi öyrətdin, ev yandırmağı öyrətdin. Nikol, sən də bu atəşdə yandırılmalı idin, səbəb sənsən", - dedi kənd sakini.

Diqqətinizə bu videonu təqdim edirik.

Aslan Məmmədov

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.