Ermənistan

"Danışmaq asandır, özünü valideynlərinin yerinə qoysun, bacarar?" - İtkin düşmüş əsgərin anası Paşinyana cavab verdi

15 Dekabr 2020 14:54
Baxış: 2 408
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistanda Eçmiədzin hərbi hissəsində xidmət etmiş, Qarabağ müharibəsində itkin düşən hərbçinin anası Anahit Adoyan hələ də oğlunu axtarır. Bunun üçün onun Ermənistanda döymədiyi qapı qalmayıb.

Milli.Az bu haqda erməni KİV-lərinə istinadən xəbər verir.

İtkin düşənlərin qohumları bu gün yenidən Ermənistan Müdafiə Nazirliyinin binasının qarşısına toplaşdılar. Onlar Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisi Onik Qasparyanla görüşməyi tələb edirlər.

"Bütün Ermənistanda müraciət etmədiyimiz bir insan yoxdur. Yalnız Onik Qasparyan qalıb, onunla görüşmək, bizi qəbul edib bu məsələni həll edə biləcəyini anlamaq istəyirik", - Anahit Adoyan deyib.

Baş nazir Nikol Paşinyanın bu hadisələrə anlayış göstərməsi barəsində açıqlamasına cavab olaraq Anahit Adoyan qeyd edib:

"Danışmaq asandır, özünü valideynlərinin yerinə qoysun, bacarar? Nə qədər gözləyə bilərsən?"

Onun sözlərinə görə, 5 gündür həmin sualı özünə verir və öz sualına bircə cavab verir: heç vaxt.

Aslan Məmmədov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.