Ermənistan

Ermənistanda hərbçi anaları etiraz aksiyası keçirirlər

19 Sentyabr 2019 16:34
0 Şərh     Baxış: 909
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Ermənistanda həlak olmuş hərbçilərin anaları və həyat yoldaşları hökumətin binası qarşısında etiraz aksiyası keçirir.

Milli.Az APA-ya istinadən verdiyi xəbərə görə, səhər saatlarından etirazçılar hökumət binasının qarşısına toplanıb.

Polis Baş nazirlə görüşmək istəyənləri binaya buraxmayıb.

Etirazçılar hökumətdən vəzifə başında ölən hərbi qulluqçulara da kompensasiya verilməsini tələb edirlər. Onlar 1 mart 2008-ci il hadisələri zamanı ölənlərin ailələrinə hökumət tərəfindən ayrılmış kompensasiyanı əsas gətirərək, bu tələblə çıxış edirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.