Ermənistanda Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin kəşfiyyat məlumatları əsasında başlanan cinayət işi ilə bağlı beş nəfər saxlanılıb.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə sözügedən komitədən məlumat verilib.
Xəbərdə bildirilir ki, saxlanılanlar arasında Dövlət Gəlirləri Komitəsinin yüksəkvəzifəli şəxsləri də var.
Məlumata görə, onlar vəzifə səlahiyyətlərindən kollektiv şəkildə sui-istifadə etməkdə ittiham olunurlar.
İstintaqın maraqları nəzərə alınmaqla, hazırda əlavə məlumat verilmir.
Milli.Az





