Ermənistanda yüksəkvəzifəli şəxslər saxlanıldılar

15 Yanvar 2026 19:48

Ermənistanda Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin kəşfiyyat məlumatları əsasında başlanan cinayət işi ilə bağlı beş nəfər saxlanılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə sözügedən komitədən məlumat verilib.

Xəbərdə bildirilir ki, saxlanılanlar arasında Dövlət Gəlirləri Komitəsinin yüksəkvəzifəli şəxsləri də var.

Məlumata görə, onlar vəzifə səlahiyyətlərindən kollektiv şəkildə sui-istifadə etməkdə ittiham olunurlar.

İstintaqın maraqları nəzərə alınmaqla, hazırda əlavə məlumat verilmir.

Milli.Az