Ermənistan

İran və Ermənistan xüsusi təyinatlıları birgə təlimlərə başladılar - VİDEO

9 Aprel 2025 22:39
Baxış: 787
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Ermənistan və İran silahlı qüvvələrinin xüsusi təyinatlı bölmələri birgə təlimlərə başlayıb".

Milli.Az "Azad İran" "Telegram" kanalına istinadla xəbər verir ki, bunu İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Quru Qoşunlarının komandanının müavini Vəliyullah Mədəni deyib.

Onun sözlərinə görə, təlimlər iki ölkənin ərazisində keçirilir:

"Hərbi təlimlər Ermənistan-İran sərhədində yerləşən Norduz nəzarət-buraxılış məntəqəsinə şərti terrorçu qrupların hücumunun zərərsizləşdirilməsi üzrə hərəkətləri nəzərdə tutur".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.