Ermənistan

Aİ “müşahidəçilər"i yenə ərazilərimizi izləmədədirlər - VİDEO

7 Mart 2025 17:55
Baxış: 922
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avropa İttifaqının Azərbaycanla sərhəddə yerləşdirilmiş "müşahidəçilər"inin fəallığı səngimək bilmir.

Bununla bağlı Trend-ə yeni görüntülər daxil olub.

Aİ-yə məxsus iki ədəd "Toyota" markalı avtomobildə "müşahidəçilər" erməni hərbçilərinin müşaiyəti ilə Ermənistan-Azərbaycan sərhədinə yaxınlaşaraq, Laçın istiqamətində ərazilərimizi izləməyə başlayıblar.

"Müşahidəçilər"in fəaliyyəti Dövlət Sərhəd Xidmətinin hərbçilərinin gözündən yayınmayıb. Onların bizim ərazilərimizi izlədiyi kimi, bizim hərbçilər də onların fəaliyyətlərini diqqətlə izləyirlər.

Həmin görüntülərini təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.