Paşinyana qarşı birləşirlər
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ermənistanın hakim "Mülki müqavilə" Partiyasından qovulan deputat Ovik Ağazaryan yeni siyasi partiyanın yaradılması üzrə təşəbbüs qrupunun genişləndirilmiş iclasını elan edib.
Milli.Az xəbər verir ki, o, bu barədə "24news"a müsahibəsində danışıb.
"Mən ölkəmə və cəmiyyətimə faydalı ola biləcəyimi hiss edirəm. İnanıram ki, təcrübəm dövlətin qarşısında duran vəzifələrin öhdəsindən gəlməyə kömək edəcək", - Ağazaryan bildirib.
O əlavə edib ki, "Mülki Müqavilə"nin digər keçmiş üzvləri də bu təşəbbüsə qoşulub, lakin onların adlarını hələ açıqlamayıb.
Daha əvvəl məlum olub ki, Ovik Ağazaryan "Mülki müqavilə" Partiyasından çıxarıldıqdan sonra siyasi birliyini yaratmaq qərarına gəlib. Ona parlamentin daha bir deputatı, hakim "Mülki müqavilə" fraksiyasından xaric edilən Akop Aslanyan da qoşulub. Ağazaryan qeyd edib ki, müzakirələrdən sonra partiyanın konsepsiyasında dəyişikliklər mümkündür. Əvvəlcə yeni siyasi qüvvə "Vahid Milli Sosialist Partiyası" adlanırdı.
Xatırladaq ki, oktyabrın sonunda Ağazaryanla İstintaq Komitəsinin rəhbəri Arqişti Kyaramyan arasında mübahisə baş vermişdi və az qala davaya çevrilmişdi. Bundan az sonra Kyaramyan da bir sıra digər yüksək vəzifəli məmurlar kimi vəzifəsindən uzaqlaşdırılıb. Hadisədə iştirak edən deputat Narek Zeynalyan da istefa verib.
Ağazaryan istefa verməkdən imtina edib. "Mülki müqavilə"dən ayrıldıqdan sonra bitərəf deputat olub. Baş nazir Nikol Paşinyan onu dövlət təhlükəsizliyi və əks-kəşfiyyatla bağlı məlumatları açıqlamaqda ittiham edərək mandatından məhrum olunmasını tələb edib. Deputata qarşı Ermənistan Cinayət Məcəlləsinin 427-ci (dövlət sirrini təşkil edən məlumatların yayılması) maddəsi ilə cinayət işi başlanıb, bunu Korrupsiyaya Qarşı Mübarizə Komitəsi də təsdiqləyib. /Report
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Paşinyanın Azərbaycan əsgəri ilə bağlı suala verdiyi reaksiyası - (Video)
-
"Ermənistan və Azərbaycan arasında sülh gerçəkləşmiş faktdır"
-
Paşinyan Zeynəbin mahnısı ilə video paylaşdı
-
Paşinyanın hərəkətləri müzakirəyə səbəb oldu - (Video)
-
Ermənistanda hərbi xidmətə çağırış yaşı artırılır
-
Azərbaycan əsgəri 20 km dərinliyə necə gedə bilib? - Papikyan
XƏBƏR LENTİ
-
“Növbəti hücuma cavab fərqli olacaq” - Tehran xəbərdarlıq etdi
-
Cibuti sahillərində miqrantları daşıyan gəmi batdı - 109 ölü var
-
Bred Pittin yeni sevgilisi - (Foto)
-
Sabah Culfada işıq olmayacaq
-
Xəyalə "Aşk-ı Memnu"dakı malikanədə ağladı - (Video)
-
Zelenski seçkilərə getmək üçün şərtini açıqladı
-
“Qarabağ” səfərdə qələbə qazanıb - Premyer Liqa
-
Qışda ilanların gizləndiyi yerlər müəyyən edildi
-
“Lvbel C5” Azərbaycanlı reper Əlizadə ilə oxuduğu mahnıya görə qeyri-adi cəza aldı
-
Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib
-
Sumqayıtda avtomobil avtobusla toqquşdu - Yaralılar var
-
Deputat: Vahid məktəbli forması təhsil mühitində bərabərlik və məsuliyyət hissini gücləndirir
-
Biləsuvarda zəncirvari qəza oldu - Ölən və yaralananlar var
-
Meteohəssas insanların diqqətinə
-
Əməkdar jurnalist vəfat etdi
-
Stiven Siqal dördüncü dəfə boşandı
-
Rusiya Ukraynanın itkilərini yenilədi
-
Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür
-
Vladimir Baranov vəfat etdi
-
Milli QHT Forumu məktəblərdə geyim qaydaları ətrafında süni qarşıdurma yaradılması cəhdlərini pisləyib
-
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib - (Video)
-
Hörmüz boğazında tanker naməlum mərmi ilə vuruldu
-
Goranboyda həkim dərmandan zəhərləndi
-
Konqoda Ebola təhlükəsi böyüyür: 8728 yoluxma, 4205 ölüm





