Ermənistan

İrəvanda hökumət əleyhinə mitinq keçirilir

2 Oktyabr 2024 19:16
Baxış: 853
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistanda hökumət əleyhinə mitinq başlayıb.

Milli.Az APA-ya istinadən bildirir ki, mitinq paytaxt İrəvanın "Respublika" meydanında keçirilir.

Aksiyaya "Müqəddəs hərəkat"ın rəhbəri, keşiş Baqrat Qalstanyan liderlik edir.

Meydanın ətrafında polis və təhlükəsizlik qüvvələri yerləşdirilib.

Polis və Milli Təhlükəsizlik Xidməti mitinqdən bir neçə saat əvvəl aksiyada iştirak edəcək şəxslərə müraciət edərək, qanunsuz əməllərdən çəkinməyə çağırıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.