Ermənistan

2020-ci ildə plan vardı, Paşinyan hər şeyi dəyişdi - Mamicanyan

16 Sentyabr 2024 18:41
Baxış: 574
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistan Silahlı Qüvvələrinin yenidən təchiz olunması məqsədi ilə hökumət (Sərkisyan hökuməti - red.) 2500-ə yaxın pilotsuz uçuş aparatının (PUA) alınması üçün plan hazırlamışdı.

Milli.Az Globalinfo.az-a istinadla xəbər verir ki, bunu Ermənistan parlamentinin müxalif "Şərəfim var" fraksiyasının deputatı, keçmiş prezident Serj Sərkisyanın adamlarından hesab olunan Ayk Mamicanyan deyib.

Onun sözlərinə görə, sözügedən PUA-ların yarısının 2020-ci ildə İrəvana təhvil verilməsi planlaşdırılıb:

"Hamısı Ermənistan ordusuna təqdim ediləcəkdi. Sonra Nikol Paşinyan ordunun silahlanma planında anidən və naməlum səbəbdən dəyişiklik etdi. O, PUA-ların əvəzinə II Qarabağda müharibəsində istifadə olunmayan SU-30 qırıcılarını aldı. Əgər Paşinyan xalqdan üzr istəyirsə, buna görə istəsin".

Qeyd edək ki, N.Paşinyan erməni xalqının "Real Ermənistan" ideyasını seçdiyini bildirib. O, müxalifətin uzun illər erməniləri tarixə bağlı yaşamağa məcbur etdiyini deyərək üzr istəyib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.