Ermənistan

Ermənistan parlamentində terror törədən şəxs qəfil öldü

28 Avqust 2024 12:48
Baxış: 980
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistan parlamentində 1999-cu ildə törədilən terror aktına görə ömürlük həbs cəzasına məhkum edilmiş Aşot Knyazyan "Nubaraşen" həbsxanasında ölüb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, onun vəziyyəti anidən kəskin pisləşib və həkimlər onu xilas edə bilməyiblər.

A.Knyazyan 1999-cu il oktyabrın 27-də Ermənistan parlamentində terror aktının təşkilində ittiham olunaraq cəza çəkirdi.

Qeyd edək ki, sözügedən terror aktı zamanı parlament sədri Karen Dəmirçiyan, baş nazir Vazgen Sarkisyan və daha altı dövlət xadimi öldürülmüşdü.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.