Azərbaycan müttəfiqləri və tərəfdaşları ilə əlaqələrini gücləndirərkən, Ermənistan Baş naziri Nikol Paşinyan velosiped sürür, şeir yazır, müxalifət isə çaşbaş qalıb.
Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bunu erməni politoloq Vahe Ovannisyan deyib.
"Yaxın Şərq və yaxın regionda yeni gərginlik və partlayış təhlükəsinə, bütün qonşular və rəqiblərin aktiv təmaslarına, onların aramsız açıq və qapalı danışıqlarına, Putinin Bakıya səfərinə necə cavab verməliyik: velosipedlə, xaşlama və şeir gecəsi ilə, yavaş-yavaş tətildən qayıdan, ümumiyyətlə heç nə bilməyən müxalifətlə? Artıq Cənubi Qafqazın mənasız və ümidsiz artığı rolumuza alışırıq", - ekspert bildirib.
Ovannisyanın fikrincə, region və ətrafında ciddi proseslər gedərkən Ermənistan qeyri-ciddi halda ortada qalıb:
"Bütün fəlakətlərimizin kökündə keyfiyyətsizliklə bəzədilmiş strateji primitivliyimiz dayanır. Azərbaycan BRİKS-ə ərizə verir, biz qafiyə açıb şeir oxuyuruq. Düz dörd il əvvəl, 2020-ci il savaşından əvvəl də eyni qeyri-ciddi vəziyyət idi".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun