İmza atmadı, çıxışdan imtina etdi: Qriqoryan nədən qorxdu?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın İsçevrədə keçirilən Ukrayna sülh sammitinə qatılması Rusiyanın kəskin reaksiyası ilə qarşılanmışdı.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, Ermənistanın bu addımı Rusiyaya qarşı açıq demarş kimi qəbul olundu və rəsmi İrəvanın KTMT-dən çıxacağı ilə bağlı müzakirələr də genişləndi.
Xüsusilə Ermənistan Baş naziri Nikol Paşinyanın növbəti məntiqi addımın KTMT-dən çıxmaq olacağını bildirməsindən sonra artıq 2024-cü ilin sonuna qədər prosesin yekunlaşacağı ehtimalı yarandı.
Ancaq Ukrayna sülh sammitinə qatılan 91 ölkə və 8 təşkilatdan 80 ölkə və 4 təşkilat yekun bəyanatı imzalamadı. Bəyanatı imzalamayanlar içərisində Ermənistan da var.
Daha bir məlumat isə Armen Qriqoryanın sammitdə çıxış etməməsidir. Qərb mediasının məlumatına görə, ona çıxış imkanı yaradılıb, lakin Qriqoryan son anda çıxışdan imtina edib.
Qriqoryan sammitdə yalnız Ukrayna XİN rəhbəri Dmitri Kuleba və ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla görüşü ilə yadda qalıb.
Maraqlıdır, Qriqoryanı yekun bəyanata imza atmaqdan və çıxışdan imtina etdirən səbəb nədir?
Bəzi avropalı analitiklər Ermənistan nümayəndəsinin son anda geri çəkilməsinin səbəbini Rusiyadan İrəvana qarşı artan kəskin ritorika ilə izah edirlər. Hətta rus politoloqların Rusiyanın Ermənistana hərbi müdaxilə edə biləcəyi haqda hədəsinin də təsadüf olmadığı iddiası mövcuddur.
Görünür, Rusiya ən təhlükəli ssenari haqda İrəvana müxtəlif kanallar vasitəsilə qəti xəbərdarlığını edib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Erməni snayper qadınlar hərbçilərimizi buradan hədəfə alıblar - (Video)
-
Paşinyana Rusiya rəsmisindən maraqlı hədiyyə
-
Ermənistandan Azərbaycana alüminium folqa ixrac edilib
-
“Biz bir daha heç vaxt müstəqillik haqqında xəyal qurmamalıyıq” - Paşinyan
-
Paşinyan yenə öz ampulasında - (Video)
-
Erməni ordusu savaşa hazırlaşır: 500 km uça bilən...
XƏBƏR LENTİ
-
Türkiyədə güclü zəlzələ oldu
-
Zidan Ronaldonu müdafiə etdi
-
Vladimir Putin Türkmənistana səfər edəcək
-
Hava ilə bağlı son məlumat
-
Şəmkirin Lüteran kilsəsində Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalının konserti keçirilib - (Foto)
-
İki cüdoçumuz dünya çempionatının 1/8 finalına yüksəldi
-
Pakistanın təhlükəsizlik qüvvələri 8 terrorçunu zərərsizləşdirdi
-
Məsud Pezeşkian Türkmənistana səfər edəcək
-
Ayın 5-də yağış yağacaq - Proqnoz
-
Samux rayonunda 5 Oktyabr - Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş "Ey hörmətli Müəllim...!" adlı tədbir keçirilib - (Foto)
-
Azərbaycan Meksikanın Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub - (Foto)
-
Suraxanıda yaşayış evində uçqun olub, ölən və yaralı var - (Video)
-
"20 ildir millidəyəm, ilk dəfədir utanıram"
-
Avropa çempionatının ikinci günü 5 boksçumuz rinqə çıxacaq
-
Braziliyada prezident seçkiləri keçirilir
-
Merts Ukraynaya elan olunmamış səfər etdi
-
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Bu bölgəyə 20 sm qar yağdı
-
Kamaləddin Qafarov: YAP yeni məsuliyyət mərhələsindədir
-
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
-
Şəfəq qəsəbəsində yaşayış binasında partlayış -Yaralanan var
-
Rusiya ordusunun Ukraynada itkiləri açıqlandı
-
“Neftçi” və “Spartak” 75 ildən sonra yenidən üz-üzə gələcək
-
Bu uşaqlara qəhvə qəti verilməməlidir





