Ermənistanda itaətsizlik aksiyası - 240 nəfər və deputat Aşot Simonyan saxlanıldı - YENİLƏNİB - VİDEO - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
13:07
İrəvanda saxlanılan etirazçıların sayı 240 nəfərə çatıb.
Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, onlar Ermənistan İnzibati Məcəlləsinin 182-ci (polis əməkdaşının qanuni tələbinə tabe olmama) maddəsi ilə saxlanılıblar.
----------
11:14
İrəvandakı etiraz aksiyasında saxlanılanların sayı 226 nəfərə çatıb.
Milli.Az xəbər verir ki, bunu İrəvan Polisinin rəisi Zarzand Qabrielyan bildirib.
O deyib ki, təcridxanaya aparılanlar arasında "Daşnaksütyun" partiyasından olan deputat Aşot Simonyan da var.
--------
11:02
İrəvanda baş nazir Nikol Paşinyanın istefası tələbi ilə keçirilən etiraz aksiyası zamanı 196 nəfər və deputat Aşot Simonyan saxlanılıb.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu gün səhər arxiyepiskop Baqrat Qalstanyanın "Vətən naminə Tavuş" hərəkatının tərəfdarları Ermənistanın paytaxtında və regionlarında vətəndaş itaətsizliyi aksiyalarına başlayıb.
Etirazçılar İrəvanda bir sıra küçələri, həmçinin, regionlararası əhəmiyyətə malik magistral yolları və küçələri bağlayıblar. Polisin qanuni tələblərini yerinə yetirməyən aksiya iştirakçıları saxlanılaraq ərazidən uzaqlaşdırılıb.
Xatırladaq ki, İrəvanda etiraz aksiyaları mayın 9-dan bəri davam edir.
------------
10:14
Ermənistanda keçirilən aksiyalar zamanı saxlanılanların sayı 137 nəfərə çatıb.
Milli.Az xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.
--------
09:59
İrəvanda baş verən aksiyalar zamanı KTMT-nin keçmiş baş katibi Yuri Xaçaturovun oğlu İqor Xaçaturov saxlanılıb.
Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.
Xaçaturovla yanaşı, parlamentin "Ermənistan" fraksiyasının deputatı Artur Sərkisyan da polis tərəfindən saxlanılıb.
Qeyd edək ki, İqor Xaçaturov Ermənistan silahlı qüvvələrinin üçüncü ordu korpusunun keçmiş komandiri, general-mayordur.

--------
09:05
Ermənistanda keçirilən itaətsizlik aksiyasında 67 nəfər saxlanılıb.
Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.
---------
08:52
Müxalifət hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyanın çağırışı ilə Ermənistanın müxtəlif yerlərində səhər tezdən vətəndaş itaətsizliyi aksiyaları başlayıb.
Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan müxalifətinin "Srbazan Paykar" teleqram kanalı məlumat yayıb.
Kanalın yaydığı videomateriallardan fəalların Əştərək şəhərində İrana gedən dövlətlərarası avtomobil yolunu bağladıqları məlum olub. Müxalif qüvvələr Baş nazir Nikol Paşinyanın istefasını tələb edir.
Xatırladaq ki, ötən gün arxiyepiskop Baqrat Qalstanyanın "Vətən uğrunda Tavuş" hərəkatından Ermənistanın baş nazirliyinə namizədliyi elan edilib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Xaçaturyan müharibədə ölənlərin sayını açıqladı - Aparat təkzib etdi
-
Azərbaycandan Ermənistana 977 ton dizel ixrac olunacaq
-
Tsarukyanın həbs müddəti uzadıldı
-
Belarusda Ermənistanın “Yerevan 2800” konyakının satışı qadağan edilib
-
Ermənistanda yol qəzası - beş nəfər ölüb, 7 nəfər yaralanıb
-
Paşinyan: Ermənistan Rusiya və Aİİ qarşısında götürdüyü öhdəlikləri pozmayıb
XƏBƏR LENTİ
-
Dondurucuda saxlanma müddəti qısa olan qidalar
-
Sirkəyə bir az əlavə edin: Saralan stəkanları yeni kimi edir
-
İş yerinizin toksik olduğunu anlamağın 4 yolu: Cavab tualətdə gizliymiş
-
Kirayə mənzillər üçün hansı ərazilər daha cəlbedicidir? - (Video)
-
Ayda dəfn edilən yeganə insan - (Foto)
-
Kabakların qabığını soymaq lazımdır?
-
Azərbaycana gətirilən minik maşınlarının sayı kəskin azaldı - (Video)
-
"Sabah" 4:0 uduzdu - Yenilənib - (Video)
-
“Şəki yaylası” 2 gəncin ölümünə səbəb olan qurğunu detallı göstərdi - (Video)
-
“Fənərbaxça”nın baş məşqçisi İsmail Kartal istefa verib
-
Hacıqabulda ağır qəza - 1 nəfər ölüb, 2 nəfər yaralanıb
-
Günün qoroskopu: Sağlamlıq baxımından qidalanmanıza diqqət yetirin
-
Aytəkinin ailəsində xoş gün - (Foto)
-
Brent neftinin qiyməti 108 dolları ötüb
-
"Bu çətinliyə necə dözəcəyəm?" - Məleykə Əsədova
-
Şəkidəki hadisənin şahidi, Coşqun Məmmədovun nişanlısı faciə anından danışdı
-
Çempionlar Liqası: "Fənərbağça" və "Şaxtyor" qələbə qazana bilmədilər
-
Binəqədidə hərəkət məhdudlaşdırılacaq
-
Coşqun və Ucalın faciədən dəqiqələr öncə çəkilən son (Fotosu)
-
Deko "Real"ın heyətə qatdığı ulduz barədə: "Barselona"ya gəlmək istəyirdi
-
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var
-
Azərbaycanda taksi qiymətləri bahalaşıb?
-
Rövşən Nəcəf onu direktor təyin etdi - (Foto)
-
Özbəkistan əlifbasını dəyişdi





