Ermənistan

Nikolun partiyası müxalifətə meydan oxudu

21 May 2024 15:31
Baxış: 700
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Hakim Mülki Müqavilə Partiyası "Vətən naminə Tavuş" hərəkatının aksiyaları fonunda Baş nazir Nikol Paşinyanın istefası və ya növbədənkənar parlament seçkilərinin keçirilməsi imkanlarını müzakirə etmək niyyətində deyil.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu partiyanın sədr müavini Vaaqn Aleksanyan deyib.

"Növbədənkənar parlament seçkilərinin keçirilməsi gündəliyi yoxdur. Müxalifət mandatlarından imtina etsə belə, bu, növbədənkənar seçkilərə səbəb olmayacaq. Müxalifətin baş nazirin impiçment prosesinin başlanması ilə bağlı bəyanatına gəlincə, o, buna başlaya bilməyəcək, başlasa da, uğursuzluğa düçar olacaq. Təsəvvür edə bilmirəm ki, biz Paşinyanın istefası məsələsini niyə müzakirə etməliyik, ölkədə siyasi böhran yoxdur", - Aleksanyan bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.