Ermənistan

Aİ müşahidəçiləri Ermənistanda qəzaya düşdülər - FOTO

11 Mart 2024 12:32
Baxış: 791
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avropa İttifaqının (Aİ) Ermənistandakı müşahidə missiyasına məxsus avtomobil qəzaya düşüb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı "Shamshyan.com" portalı yayıb.

Hadisə bu gün səhər saatlarında Sünik vilayətində Tatev-Lçen yolunda qeydə alınıb.

Bildirilir ki, "Nissan Pathfinder" markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq aşıb. İlkin məlumata görə, qəza zamanı xəsarət alan olmayıb.

Sükan arxasında Avstriya vətəndaşının, sərnişinlərin isə Polşa vətəndaşları olduğu qeyd olunub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.