Ermənistan

Alen Simonyan: KTMT-dən çıxmağı istisna etmirik

29 Fevral 2024 16:37
Baxış: 595
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistan hakimiyyəti xarici siyasət vektorunu dəyişmir, İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmaq qərarı yoxdur.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə brifinqdə ölkə parlamentinin spikeri Alen Simonyan bildirib.

"Heç bir vektorun dəyişdirilməsi və ya buna bənzər bir şeydən söhbət getmirdi. Biz Ermənistanı təhdid edə biləcək təhlükələri azaltmaq üçün nə etməli olduğumuzu müzakirə edirik. KTMT-dən çıxmaq barədə qərar yoxdur, amma biz bunu istisna etmirik. Cəmiyyətimiz də bundan danışır, deyə bilərik ki, belə bir tələb irəli sürür", - o bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.