Ermənistan

Simonyan: Zelenskinin Ermənistana səfəri barədə məlumat yoxdur

27 Fevral 2024 17:27
Baxış: 865
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistana qarşı hibrid müharibə uzun müddət qabaq başlayıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.

"Ermənistana qarşı hibrid müharibə uzun müddətdir ki, çox intensiv və açıq şəkildə davam edir. Xüsusən də rusiyalı təbliğatçılar tez-tez Ermənistanda mitinq və yürüşlər elan edirlər", - o qeyd edib.

Onun sözlərinə görə, indiki şəraitdə hibrid müharibədən danışmaq artıqdır, çünki onun mövcudluğu göz qabağındadır:

"Ukrayna Prezidenti Volodimir Zelenskinin səfərinə gəlincə, hazırda bununla bağlı məlumat yoxdur, amma hesab edirəm ki, belə bir səfər olacağı təqdirdə, regional xarakter daşıyacaq. Yəni Ukrayna dövlət başçısı təkcə Ermənistana səfər etməyəcək".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.