Ermənistan

Erməni spiker: Rus sərhədçiləri Zvartnots aeroportunda xidmətini dayandırmalıdır

27 Fevral 2024 13:04
Baxış: 696
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Ermənistan parlamentinin spikeri Alen Simonyan hesab edir ki, Rusiya sərhədçiləri Zvartnots hava limanında xidmətini dayandırmalıdır.

Milli.Az APA-ya istinadən bildirir ki, jurnalistin bu məsələnin müzakirə olunub-olunmaması ilə bağlı sualına Ermənistan parlamentinin spikeri belə bir müzakirədə iştirak etmədiyini, lakin "Rusiya sərhədçilərinin oradan getməli olduqlarına" inandığını bildirib.

Simonyan rusiyalı sərhədçilərə güvənmədiyini deyib:

"Çünki biz ölkəmizin sərhədlərini qoruyacağıq, lakin onların qoruyacağına əmin deyiləm".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.