Ermənistan

Ermənistan və Fransa müdafiə nazirləri İrəvanda görüşdü

23 Fevral 2024 10:42
Baxış: 930
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistanın müdafiə naziri Suren Papikyan İrəvanda səfərdə olan fransalı həmkarı Sebastyan Lekornu ilə görüşüb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Ermənistan MN-in mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Sebastyan Lekornu dünən İrəvana səfərə gedib və bu, Fransa müdafiə nazirinin Ermənistana tarixdə ilk səfəridir.

Bundan öncə fransalı nazir çıxışı zamanı bildirib ki, Ermənistana öz müdafiə potensialını qurmaqda kömək etməkdə Fransa məsuliyyət daşıyır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.