Ermənistan

“Ermənistanda beynəlxalq standartlara cavab verən bir dənə də olsun..."

23 Noyabr 2023 15:43
Baxış: 1 176
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistanda dünya standartlarına uyğun ali məktəb yoxdur.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün hökumətin iclasında çıxışı zamanı deyib.

Baş nazir Ermənistan ali təhsil müəssisələrində təhsilin səviyyəsini tənqid edib:

"Ermənistanda beynəlxalq standartlara cavab verən bir dənə də olsun - nə erməni, nə beynəlxalq, nə də özəl universitet var. Biz universitetlərin beynəlxalq standartlara uyğun lisenziyalaşdırılmasını və akkreditasiyasını elan etsək, bu o deməkdir ki, Ermənistanda istisnasız olaraq bütün universitetlər bağlanmalıdır".

Paşinyanın sözlərinə görə, erməni gənclər beynəlxalq meyarlara cavab verən təhsil almaq imkanından məhrumdurlar.

Ermənistan hökumətinin başçısı onu da əlavə edib ki, Ermənistanın yalnız bir neçə universiteti əcnəbi tələbələri cəlb edir.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.