Ermənistan

Kimsə hələ də İrəvanın müttəfiq olduğunu düşünür? - Markov

6 Aprel 2023 16:24
Baxış: 1 192
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistan hakimiyyəti ölkədə yeganə rusdilli dövlət qəzeti olan "Respublika Armeniya"nı bağlamaq qərarına gəlib. Onlar bu qəzetin fəaliyyətini maliyyə baxımından itki hesab edirdilər. Bəs Ermənistanın KTMT-yə üzv olması maliyyə baxımından itki deyilmi? İrəvanın Aİİ üzvü olması da maliyyə baxımından itki deyilmi?

Milli.Az axar.az-a istinadən xəbər verir ki,bunu rusiyalı politoloq Sergey Markov deyib.

"Bu yükdən qurtulmağın vaxtı deyilmi? Yoxsa Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinə qoşulmaq qərarından sonra kimsə hələ də İrəvanın Moskvanın müttəfiqi olduğunu düşünür? Bütün bunlar Rusiyaya maddi cəhətdən sərfəli olmayan xainlik deyilmi?", - Markov bildirib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.