Ermənistan

Məhkəmə Ermənistanın sabiq müdafiə nazirini həbsdə saxlayıb

27 Mart 2023 13:58
Baxış: 1 003
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistan Apellyasiya Məhkəməsi ölkənin sabiq müdafiə naziri Viqen Sarkisyanın həbsinin ləğvi barədə vəsatəti rədd edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə məhkəmənin mətbuat xidməti "Telegram"da məlumat yayıb.

Qeyd edək ki, Sarkisyana qarşı irəli sürülən ittihama əsasən, 2016-2018-ci illərdə hərbçi olmayan 29 şəxsə mənzillərin ayrılması barədə göstəriş verib.

Xatırladaq ki, bununla bağlı məhkəmə sabiq müdafiə nazirinin həbsi ilə bağlı vəsatəti təmin etmişdi. Sabiq nazir isə bunu "siyasi təqibin təzahürü" adlandırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.