Ermənistan

Ermənistan yaraqlılarını tələsik Qarabağdan çıxarmağa başlayıb

3 Avqust 2022 14:37
Baxış: 22 312
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İki il əvvəl Ermənistanda hərbi xidmətə çağırılan və Azərbaycanın işğal olunmuş ərazilərində yerləşən hərbi hissələrdə xidmətə göndərilən erməni hərbçilər xidmət müddətinin başa çatmasına bir neçə gün qalmış təcili olaraq vəzifələrindən azad edilirlər.

Milli.Az xəbər verir ki, bu barədə Ermənistan Respublika Partiyasının üzvü, parlamentin müxalifətçi deputatı Tiqran Abramyan öz facebook hesabında yazıb. Abrahamyanın sözlərinə görə, Ermənistandan Qarabağa hərbi çağırış sonuncu dəfə 2020-ci ilin iyul-avqust aylarında keçirilib. Eyni zamanda, 44 günlük müharibədən sonra, 2021-ci ilin qışında Ermənistandan çağırışçılar Qarabağa göndərilmirdi. "2 il əvvəl Ermənistandan hərbi xidmətə çağırılan oğlanlarımızın Qarabağdakı son dəstələrinin 2022-ci ilin avqustunda tərk edilməli olmasına baxmayaraq, Azərbaycanın xahişi ilə tərxisetmə, deyəsən, vaxtından əvvəl həyata keçirilib. ", - deputat yazıb.

Xatırladaq ki, bundan əvvəl Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Ermənistandan çağırışçıların Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan Azərbaycan ərazilərinə xidmətə göndərilməyəcəyini bildirmişdi. Qriqoryan bildirib ki, əvvəlki iki çağırışçıdan sonuncunun müddəti avqustda başa çatacaq və onlar tərxis olunduqdan sonra qayıdacaqlar. Söhbət hələ də Rusiya sülhməramlı qüvvələrinin məsuliyyət zonasında fəaliyyət göstərən qanunsuz erməni silahlı birləşmələrində xidmət edən Ermənistan vətəndaşlarından gedir. Eyni zamanda Qriqoryan bəyan edib ki, "Müdafiə Ordusu" adlanan qeyri-qanuni silahlı birləşmələr fəaliyyətini davam etdirəcək və "yerli çağırışçılar, o cümlədən müqavilə əsasında xidmət edənlər hesabına" komplektləşdiriləcək. Bu o deməkdir ki, Ermənistan formal olaraq öz ordusunun qalıqlarını Azərbaycan ərazisindən çıxardığını nümayiş etdirmək istəyir, əslində isə qeyri-qanuni silahlı birləşmələrin, o cümlədən muzdluların çıxarılmasına görə məsuliyyətdən yayınır.

Prezident İlham Əliyev ilin 6-cı ayının iqtisadi yekunlarına həsr olunmuş müşavirədə çıxışında Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılması məsələsinə toxunub, yüksək rütbəli nümayəndələrin verdiyi vədləri xatırladıb. Rusiya Müdafiə Nazirliyinin Bakıya səfəri zamanı bildiriblər ki, iyunun sonuna qədər problem ən qısa zamanda həll olunacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.