Ermənistan

Paşinyanın istefa xəbərinə reaksiya: “Qulaqlarının dibini görərlər”

7 May 2022 15:07
Baxış: 1 374
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistanın Baş nazirinin ofisi Nikol Paşinyanın istefası ilə bağlı yayılan xəbərləri təkzib edib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə Baş nazirin aparat rəhbərinin müavini Taron Çaxoyan sosial şəbəkədə yazıb.

O bildirib ki, yalan şayiələr yayanlar baş nazirin istefasını öz qulaqlarının dibini görəndə görəcəklər:

"Ermənistan vətəndaşları cəmi bir il əvvəl öz seçimini ediblər. İrəvan küçələrində müxalifət öz tərəfdarlarını ruhlandırmaq üçün növbəti yalanı yayırlar. Başa düşürəm ki, sıralarınız azalıb, siz getdikcə azalırsınız, amma belə kiçik zarafatlarla siz öz tərəfdarlarınızı daha da məyus edirsiniz".

Çaxoyan əlavə edib ki, müxalifət fəallığının azalması bir neçə günün işidir:

"Hər il istefa və növbədənkənar seçki tələb etmək absurddur".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.