Amerika

Bayden Amerikanın fəlakəti adlandırıldı

2 Noyabr 2021 20:18
Baxış: 1 225
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Respublikaçılar partiyasından olan senator Rik Skott Co Baydenin prezidentliyini ABŞ üçün fəlakət adlandırıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, "vəzifədə olduğu cəmi doqquz ay ərzində o, amerikalı ailələrə həqiqi xidmət göstərmək əvəzinə radikal sosialist siyasətini həyata keçirərək, Amerikanı təhlükəli dərəcədə aşağı göstəricilərə çatdırıb" deyə Skott vurğulayıb.

O, əlavə edib ki, ümumi daxili məhsul üçüncü rübdə Bayden dövründə artan inflyasiya və tədarük zənciri böhranları fonunda azalıb.

Onun fikrincə, Baydenin yanlış qərarları "demək olar ki, hər şeyin" qiymətlərinin artmasına səbəb olub.

"Co Baydenin dövründə amerikalılar artıq dolana bilmirlər. ABŞ-ın tam iqtisadi çöküşünə gəlməmişdən əvvəl prezidentin oyanıb qulaq asmasının vaxtıdır", - senator deyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.