ABŞ İrana qarşı sanksiyaları genişləndirib.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, ABŞ daha 20 fiziki və hüquqi şəxsə, həmçinin 12 gəmiyə qarşı məhdudiyyətlər tətbiq edib.
Bildirilir ki, yenilənmiş sanksiya siyahısına İran, Türkiyə, Panama, BƏƏ və digər dövlətlərdə qeydiyyatdan keçmiş bir sıra şirkətlər daxil edilib. Təşkilatların adlarına əsasən, onların bir çoxu dəniz yükdaşımaları sahəsi ilə əlaqəlidir.
Hüquqi şəxslərlə yanaşı, dörd fiziki şəxsə qarşı da məhdudiyyətlər tətbiq edilib.
Milli.Az





