Amerika

ABŞ-nin qlobal idxal rüsumları qüvvəyə minib

24 Fevral 2026 13:55
Baxış: 273
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ idxalına tətbiq olunan qlobal rüsumlar qüvvəyə minib.

Milli.Az xəbər verir ki, bu barədə ABŞ-nin Gömrük və Sərhəd Mühafizəsi Xidməti - U.S. Customs and Border Protection (CBP) məlumat yayıb.

Qurumun bəyanatına əsasən, 24 fevral 2026-cı il tarixində ABŞ-nin şərq sahili vaxtı ilə saat 00:01-dən (Bakı vaxtı ilə 09:01) etibarən xaricdə istehsal olunaraq ABŞ-yə idxal edilən və ya anbarlardan göndərilən bütün mallara 10% həcmində rüsum tətbiq edilir. Tədbir 150 gün müddətində - 24 iyul 2026-cı ilədək qüvvədə olacaq.

Ağ Ev rəsmisi NBC News telekanalına bildirib ki, Vaşinqton administrasiyası idxal rüsumlarının 15%-ə qaldırılmasını nəzərdə tutan ayrıca fərman üzərində işləyir. Lakin sənədin prezident Donald Trump tərəfindən nə vaxt imzalanacağı açıqlanmayıb.

20 fevral tarixində Supreme Court of the United States bəzi ölkələrə tətbiq olunan əvvəlki idxal rüsumlarını səlahiyyət həddinin aşılması kimi qiymətləndirib. Bundan sonra Donald Tramp bütün ölkələrdən idxala 10% rüsum tətbiq edən fərman imzalayıb və daha sonra bu göstəricinin 15%-ə çatdırılacağını bəyan edib.

Ayxan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.