Amerika

“Kuba və İran rəhbərliyi də ciddi narahatlıq keçirməlidir” - ABŞ-dən xəbərdarlıq

3 Yanvar 2026 22:25
Baxış: 839
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"ABŞ-nin Venesuelada həyata keçirdiyi hücumlardan sonra Kuba və İran rəhbərliyi də ciddi narahatlıq keçirməlidir".

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu ABŞ senatoru Lindsi Qrem "Axios" nəşrinə verdiyi müsahibədə  deyib.

Onun sözlərinə görə, Venesueladakı əməliyyatdan bir gecə əvvəl ABŞ Prezidenti Donald Trampla telefon danışığı olub.

Senator qeyd edib ki, Tramp "ABŞ-nin həyətindəki narkotik xilafətinin aradan qaldırılmasına" qətiyyətlə inanır.

Lindsi Qrem əməliyyatın bir neçə həftə ərzində planlaşdırıldığını vurğulayıb.

Senator Kuba və İran liderlərinə xəbərdarlıq edib:

"Şəhərdə yeni bir "şerif" var. O, "Monro Doktrinası"nı həyata keçirir. Əgər mən İran lideri olsaydım, məscidə gedib dua edərdim".

Qrem Venesuelada azadlıq prosesinin başladığını deyərək, bunun uğurla nəticələnməsinin ABŞ-nin maraqlarına uyğun olduğunu bildirib:

"Biz insanların yeni bir başlanğıc etməsinə şərait yaradacağıq".

Venesuelaya qarşı daha genişmiqyaslı hücumların olub-olmayacağı ilə bağlı suala isə senator "Bütün variantlar masadadır" cavabını verib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.