Dünya

London aeroportunda terror aktı törətməkdə şübhəli bilinən şəxs saxlanılıb

24 May 2017 08:42
0 Şərh     Baxış: 1 091
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Londonun "Stansted" aeroportunda terror aktı törətməkdə şübhəli bilinən 37 yaşlı kişi saxlanılıb. Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə "Skotland Yard"ın bəyanatında bildirilir.   

Məlumata görə, saxlanılma Mançesterdə törədilən terror aktı ilə əlaqəli deyil.  
 
Şübhəli şəxs mayın 23-nə keçən gecə Türkiyəyə uçan təyyarəyə minərkən saxlanılıb. Saxlanılma onun bir müddət əvvəl Suriyaya etdiyi səfərlə bağlıdır.   
 
Polis əməkdaşlarının hazırda Londonun şimalındakı iki ünvanda axtarış keçirdiyi bildirilir.  
 
Qeyd edək ki, Böyük Britaniyada bundan əvvəl terror təhlükəsinin səviyyəsi "ciddi"dən "kritik"ə yüksəldilib. Bu o deməkdir ki,  Əhalinin sıx toplaşdığı yerlərdə təhlükəsizliyin təmin edilməsinə hərbçilər cəlb olunacaq.
 
Xatırladaq ki, Mançesterdə konsert zamanı kamikadze-terrorçunun törətdiyi partlayış nəticəsində 22 nəfər ölüb, 120 nəfər yaralanıb. İŞİD partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.