Dünya

Şahid: "Partlayış zamanı Ariana Qrande səhnədə yox idi"

23 May 2017 11:15
0 Şərh     Baxış: 3 012
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən gecə İngiltərənin Mançester şəhərində məşhur müğənni Arina Qrandenin konserti zamanı "Mançester Arena" stadionunda baş verən ard-arda iki güclü partlayış zamanı ölənlərin sayı 22, yaralalanların sayı isə 59-a çatıb. 

Milli.Az bildirir ki, Independent-in xəbərinə görə, terror şahidlərindən biri "Son mahnısını bitirdi və böyük bir partlayış səsi eşitdik. Tək xatırladığım, hər kəsin qaçmağa çalışmağı idi. İnsanlar qan içində idi, bəzi insanlar dalaşmağa başladı. Olduqca qorxunc bir mənzərə idi" deyib.

Konsertdə olan Evie Brevster adlı bir şahid Daily Mail-ə verdiyi açıqlamada "Partlayış səsi gələndə Ariana Qrande artıq son mahnısını bitirmişdi və səhnədən ayrılmışdı. Hər kəs bir anda qışqırmağa və çıxışa doğru qaçmağa başladı. Polis və təcili yardım siqnallarını eşidirdik. Qorxunc!" ifadələrini işlədib.

İŞİD məsuliyyəti üzərinə götürüb.

Təhməz Təkin
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.