Dünya

Petrosyanın bloku nazirdən istefa tələb etdi

26 Mart 2017 17:31
2 Şərh     Baxış: 1 270
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistandakı parlament seçkilərinə bir həftə qalmış siyasi ehtiraslar qızışmaqdadır. Aktiv seçki mübarizəsinə girişən "Erməni Milli Konqres-Ermənistan Xalq Partiyası" bloku (rəhbəri keçmiş prezident Levon Ter-Petrosyandır) elm və təhsil naziri Levon Mkrtçyanın istefasını tələb edib.

Milli.Az musavat.com-a istinadən bildirir ki,seçki blokunun bununla yaydığı bəyanatda ölkənin təhsil müəssisələrinin bu və ya digər formada 2 apreldə keçiriləcək seçkilərin saxtalaşdırılması prosesində iştirak etdiyi, qanunla yasaq edilən tədbirlərin keçirildiyi, materialların yayıldığı qeyd olunub. Bildirilir ki, ölkənin ümumtəhsil məktəbləri, ali təhsil müəssisələri kütləvi şəkildə hakimiyyətin saxtakarlıq planlarına cəlb olunur, hakim Respublikaçılar partiyasının qalib olması üçün administrativ rıçaqlardan istifadə edilir. Məktəb direktorları, müəllimlər, valideynlərdən bu məqsədlər üçün istifadəni qanunsuz sayan bəyanat müəllifləri bildirib ki, hakimiyyətin təkzibinə baxmayaraq, administrativ resurslardan istifadə olunmaqla bu sektorda çalışanların siyahıya alınması faktdır. "Bu, qanun pozuntusudur, baxmayaraq ki, hakimiyyət bunu təxribat hesab edir"-sənəddə qeyd olunur.

Blok məsələnin ciddi şəkildə araşdırılması və hüquqi qiymət verilməsini, həmçinin elm və təhsil naziri Levon Mkrtçyanın istefaya göndərilməsini tələb edir.

Qeyd edək ki, aprelin 2-də Ermənistanda keçiriləcək parlament seçkilərinə 5 partiya və 4 seçki bloku qatılacaq.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.