Dünya

Qara dənizdə qərq olan ansamblın son konserti - VİDEO

25 Dekabr 2016 15:42
2 Şərh     Baxış: 3 422
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Rusiya Müdafiə Nazirliyinin bu gün səhər saatlarında Soçi yaxınlığında Qara dənizə düşən Tu-154 təyyarəsində nazirliyin Aleksandrov adına hərbi mahnı və rəqs ansamblı tam heyətlə həlak olub. 

Milli.Az-ın virtualaz.org-a istinadən məlumatına görə, bu, məşhur hərbi ansambldır. Böyük Vətən müharibəsində Alekandrov adına ansambl tez-tez cəbhədə, sovet əsgərləri qarşısında konsertlər verib, onları qələbəyə ruhlandırıb. İki dəfə Qırmızı Ulduz alıb.

İndi isə ansambl Rusiyanın Suriyadakı Hmeymim aviabazasında yerləşdirilmiş hərbi kontingenti Bəşər Əsədin hakimiyyəti naminə qələbəyə ruhlandırmaq, onları Yeni il münasibəti ilə təbrik etmək üçün gedirdi. 
Ansamblın sonuncu konserti Moskvada, dekabrın 3-də olub. Həmin konsertdən kadrları təqdim edirik:

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Qara dənizdə qərq olan ansamblın son konserti - VİDEO

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.