Dünya

Türkiyədə partlayışda xeyli ölən və yaralılar var - YENİLƏNİB - VİDEO - FOTO

26 Avqust 2016 12:17
8 Şərh     Baxış: 14 277
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

12:17

Milli.Az "Milliyet"ə istinadən xəbər verir ki, şəhid sayı artaraq 11-ə çatıb. 70 yaralı var.

----------

10:15

Milli.Az "Milliyet"ə istinadən xəbər verir ki, terror nəticəsində 8 nəfər ölüb, 45 nəfər yaralanıb.

----------

10:09

Milli.Az xəbər verir ki, Reuters agentliyinin rəsmi tvitter səhifəsində partlayış nəticəsində çoxlu sayda ölən və yaralananların olması ilə bağlı məlumat verilib.


Qeyd edək ki, Türkiyə mətbuatında isə ölən və yaralananların sayı barədə məlumat yoxdur.

-----------

09:37

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, PKK-lı terrorçular tərəfindən polis nəzarət məntəqəsinə bombalı hücum edilib. Partlayış nəticəsində yaralananlar var. Onlar dərhal dövlət xəstəxanalarına çatdırılıblar.

----------

09:06

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bir neçə dəqiqə əvvəl Türkiyənin Şırnak əyalətinin Cizrə mahalında partlayış olub. Əraziyə çoxlu sayda təcili tibbi yardım maşınları cəlb edilib. Ölən və yaralananlar barədə heç bir məlumat yoxdur. 

Bəxtiyar Umarlı
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Son dəqiqə: Türkiyədə partlayış

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.