Rövşən "Lənkəranski"nin qətlinin TƏFƏRRÜATI - YENİLƏNİB - VİDEO - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
15:43
Rövşən Lənkəranski (Canıyev) İstanbulun Florence Nightingale Xəstəxanasında dünyasını dəyişib.
APA xəbər verir ki, onun cənazəsinin Azərbaycana göndərilməsi üçün Azərbaycanın İstanbuldakı Baş Konsulluğunda sənədləşmə işlərinə başlanılıb.
Rövşən Lənkəranskinin atışmada yaralanmış sürücüsü isə İstanbulun Şişli Hamidiye Tədris və Araşdırma Xəstəxanasının reanimasiya şöbəsindədir.
Reanimasiya şöbəsinin həkimi Şəbnəm Türk APA-nın müxbirinə bildirib ki, onun qarın nayihəsindəki güllələr çıxarılıb.
Yaralının qol və ayaqlarında sınıqlar var, bir neçə gün reanimasiya şöbəsində qalacaq.
Polisdən isə bildirilib ki, xəstəxanaya gətirilərkən yaralının üzərində heç bir sənəd olmadığı, o, xəstəxanada "Morris" soyadı ilə qeydiyyata alınıb.
R. Lənkəranskinin qardaşı Namiq Canıyev isə telefonunu açsa da, qardaşı barədə sualı cavablandırmayıb.
----------
15:17
Məşhur azərbaycanlı avtoritet Rövşən Lənkəranskinin güllələnməsi ilə bağlı xəbər vermişdik.
Bu dəqiqələrdə Azərbaycanın İstanbuldakı konsulluğundan bizimyol.info-ya bildirilib ki, Rövşən Lənkəranski bir neçə dəqiqə bundan qabaq vəfat edib. Yaxın dəqiqələrdə Xarici İşlər Nazirliyi də bununla bağlı məlumat yayacaq.
Vətandaşımızın yaxınlarına və doğmalarına dərin hüznlə başsalığı veririk.
----------
13:08
Ötən gecə güllələnən Lənkəranskinin yerləşdirildiyi Şişli Etfal xəstəxanasından bizimyol.info-ya verilən açıqlamaya görə, Lənkəranski sağdır.
Milli.Az sözügedən sayta istinadən bildirir ki, ancaq vəziyyəti son dərəcə pisdir.
Xəstəxananın qəbul müdiri Nişə Yeldirin saytımıza verdiyi açıqlamaya görə, Lənkəranski ölməyib. "Hal-hazırda reanimasiyadadır. Amma vəziyyəti çox pisdir. Çox pis halda gətirilib. Bizə də əlavə məlumat verilmir. Ancaq vəfat etməyib. Sağdır, reanimasiyadadır".
Qeyd edək ki, bir az əvvəl millət vəkili Fəzail Ağamalı saytımıza açıqlamasında Lənkəranskinin öldüyü xəbərini bildirmişdi. O, xəbəri Lənkəranskinin qohumlarından aldığını bildirmişdi.
----------
12:35
Milli.Az virtualaz.org-a istinadən bildirir ki, "Rövşən Lənkəranski"nin yaxın ətrafından verilən məlumata görə, kriminal avtoritetin İstanbulda aparıldığı Şişli Etfal Xəstəxanasında keçindiyini dəqiqləşdirib.
Mənbə bildirib ki, Rövşən aldığı güllə yaralarından təxminən 1 saat əvvəl xəstəxanada keçinib. Ona bir neçə güllə dəyib və həkimlər kriminal avtoritetin aldığı yaraların ona yaşamaq şansı qoymadığını bildiriblər.
Məlumata görə yaxınları "Rövşən Lənkəranski"nin cənazəsini Azərbaycana gətirmək üçün İstanbula gediblər.
11:30
Türkiyədə silahlı hücuma məruz qalan Rövşən Canıyevin (Lənkəranski) vəziyyəti ağırdır.
"Report"un əldə etdiyi məlumata görə, Lənkəranski bir neçə güllə yarası alıb. O, hazırda xəstəxanadadır.
Yaxınları onun yanına yollanıblar.
Qeyd edək ki, hadisə İstanbulda baş verib. Belə ki, Barbaros Bulvarında, otellərdən birindəki toplantıdan dövlət seriya nişanı "90 ND 011" nişanlı avtomobillə ayrılan R.Lənkəranski digər maşınla otelin önünə gələn 2 nəfərin silahlı hücumuna məruz qalıb.
Hadisə nəticəsində R.Lənkəranski və adı hələlik məlum olmayan sürücü yaralanıb.
İş adamına hücum etmiş silahlı şəxslər hadisə yerindən qaçıblar.
Əraziyə çoxlu sayda polis və təcili yardım gəlib. R.Lənkəranski və sürücüsü xəstəxanaya aparılıb. Həkimlərin səylərinə baxmayaraq sürücünün həyatını xilas etmək mümkün olmayıb.
Polis cinayətkarların axtarışına başlayıb.
Videonu izləmək üçün şəklə klikləyin:
----------
10:47
Məşhur azərbaycanlı avtoritet Rövşən Lənkəranskinin ölüm xəbəri yayılıb.
Milli.Az qafqazinfo-ya istinadən bildirir ki, Lənkəranski ötən gecə Türkiyədə qətlə yetirilib.
Onunla bərabər sürücüsü də öldürülüb.
Hadisə haqqında Türkiyə mediası da məlumat yayıb. Məlumatda Lənkəranskinin vurulduğu qeyd olunsa da, ağır vəziyyətdə xəstəxanaya çatdırıldığı bildirilib.
Milli.Az bildirir ki, əvvəl yayılan məlumatda öldürülən iş adamının soyadı Əliyev kimi göstərilib. Rövşən Lənkəranskinin soyadı isə Canıyevdir.
----------
07:15
Türkiyədə baş vermiş silahlı insident zamanı azərbaycanlı iş adamı yaralanıb.
Milli.Az "Report"a istinadən bildirir ki, hadisə İstanbulda baş verib.
Belə ki, Barbaros Bulvarında, otellərdən birindəki toplantıdan dövlət seriya nişanı "90 ND 011" nişanlı avtomobillə ayrılan azərbaycanlı iş adamı bir avtomobillə otelin önünə gələn 2 nəfərin silahlı hücumuna məruz qalıb.
Nəticədə iş adamı Rövşən Əliyev və adı hələlik məlum olmayan sürücü yaralanıb.
İş adamına hücum etmiş silahlı şəxslər hadisə yerindən qaçıblar.
Əraziyə çoxlu sayda polis və təcili yardım gəlib. Rövşən Əliyev və sürücüsü xəstəxanaya aparılıb.
Həkimlərin səylərinə baxmayaraq sürücünün həyatını xilas etmək mümkün olmayıb.
Polis cinayətkarların axtarışına başlayıb.
07:03
Türkiyənin İstanbul şəhərində azərbaycanlı iş adamı Rövşən Əliyev silahlı hücuma məruz qalıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, azərbaycanlı iş adamı şəhərin mərkəzində naməlum iki şəxs tərəfindən atəşə tutulub.
Hadisə nəticəsində Rövşən Əliyev yaralanıb və onun sürücüsü dünyasını dəyişib.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
"Hədəfimizə çatdıq, bu gün çox xoşbəxtəm" - Yuri Vernidub
-
Şavkat Mirziyoyev Azərbaycana səfərə gəlib - FOTO
-
84 il sonra bir ilk: Bazar ertəsindən etibarən 4 bürcün həyatında gözlənilməz qapılar açılır
-
Serbiya Prezidenti ilə Azərbaycanın biznes nümayəndələri arasında görüş keçirilib - FOTO
-
Serbiya Azərbaycanı həqiqi dost ölkə hesab edir - Aleksandar Vuçiç
-
“Sabah” - “Neftçi” matçında dava düşdü - VİDEO
-
"Neftçi" "Sabah"a, "Zirə" "Sumqayıt"a qalib gəldi
-
Ət sote hazırlayarkən əvvəlcə ət, yoxsa soğan qovrulmalıdır?
-
Röya illər sonra keçmiş həyat yoldaşı ilə - VİDEO
-
Staşa Koşaraç Azərbaycana səfərə gəlib
-
Sadır Japarov Azərbaycana səfərə gəlib
-
Makademya fındığı nədir? Faydaları nələrdir?
-
Prezident İlham Əliyev Bolqarıstan Prezidenti ilə görüşüb - FOTO
-
Bürcünə görə hansı ölkədə yaşamalısan? Astrologiyada yeni trend
-
Yox olmaq təhlükəsində olan peşələr bəlli oldu
-
Meyvələrdəki parlaq təbəqə nədir?
-
Körfəz Əməkdaşlıq Şurasının Baş katibi Azərbaycana səfərə gəlib
-
Nazirlərin bugünkü iclası Bakıdan Nyu-Yorka gedən yolun bir parçasıdır - UN-Habitat rəsmisi
-
“Küləklər şəhərinin salnaməsi" XIX–XXI əsrlər rəssamlarının əsərlərində Bakı adlı sərginin açılış mərasimi keçirilib - FOTO
-
Bakıda WUF13-ün ilk günü başa çatıb - FOTO
-
Hamilə qadınlara qətiyyən bunları demək OLMAZ
-
ABŞ-nin mümkün hücumuna hazırlaşırlar
-
Britaniyada müəllimə şagirdlərin gözü qarşısında öldü
-
Oleksiy Kuleba Azərbaycana səfərə gəlib







