Dünya

Sarkisyan bağırdı: "O olacaq ki, azərbaycanlılar Qarabağı alacaqlar"

21 Aprel 2016 13:51
31 Şərh     Baxış: 30 865
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistan prezidenti Serj Sarkisyanın son günlərdəki bəyanatları və açıqlamaları erməniləri təəccübləndirməyə, eyni zamanda təşvişə salmağa davam edir.

Sarkisyanın sədrlik etdiyi və ölkədə iqtidarda olan Ermənistan Respublika Partiyasının bağlı qapılar arxasında keçirilmiş toplantısında ermənilərin prezidentinin qeyri-adekvat davrandığı vurğulanır.

İrəvandakı "Hrapark" qəzetinin yazdığına görə, toplantı Ermənistan rəhbərliyinin sıralarında belə, təşviş və təlaşın hökm sürdüyünü aşkar göstərib. Dağlıq Qarabağdakı "dördünlük müharibə"nin nəticələrinin Ermənistan üçün acınacaqlı olduğunu anlayan erməni nazirlər və iqtidar partiyasının funksionerləri onları narahat edən suallara cavab aramaq istəyiblər.

Toplantıda nazirlərdən biri S.Sarkisyandan soruşub: "Ermənistan ordusunun Dağlıq Qarabağdakı hissələri döyüşlərdə geri çəkilsəydilər, nə olacaqdı? Bundan sonra nə olacaq?"

Serj Sarkisyan çılğına dönüb, nazirin üstünə bağırıb: "O olacaqdı ki, gəlib Qarabağın mərkəzində oturacaqdılar. Belə düşüncələr davam edərsə, azərabycanlılar Qarabağı alacaqlar".

Digər nazir isə soruşub: "Kütləvi informasya vasitələrində yazırlar ki, bəs cəbhədə ancaq kasıbların övladlarıdır, həlak olanlar da elə həmin adamlardır. Belə iddialarla bağlı tədbir görmək gərəkdir, onlara layiqli cavab verməliyik".

Bu sual S.Sarkisyanı daha da hirsləndirib: "O iddiaları yayanlar, onların övladları indi cəbhədə deyillər. İddiaları yayan da Vardan Oskanyandır".

Ermənistanın sabiq xarici işlər naziri Vardan Oskanyan ölkə prezidentini döyüşlərə yalnız kasıbların övladlarını göndərməkdə suçlayıb.

Orxan Hun
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.