Dünya

Ana iki kiçik qızını doğradı - FOTO

20 Noyabr 2015 14:01
33 Şərh     Baxış: 13 726
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Bu cinayət dəhşətlidir. Nə deyəcəyimizi bilmirik".
Britaniya telekanalları dünən kriminal hadisələr xronikasında bu ifadəni təkrarlayıblar.
Səbəb isə 24 yaşlı ananın iki azyaşlı qızını vəhşicəsinə öldürməsidir.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, İngiltərənin Qərbi Yorkşir qraflığındakı Bredford şəhərinin sakini, 24 yaşlı Samira Lupidi qızlarını - 3 yaşlı Evelini və 1 yaşlı Jasmini xüsusi amansızlıqla öldürüb.

Polisdən verilən məlumata görə, S.Lupidi qızlarını vurub yerə yıxandan sonra onlara bıçaqla dəfələrlə zərbələr endirib.
Hazırda ruhi pozuntu vəziyyətində olan S.Lupidi istintaqın suallarını cavablamır, sürəkli susur, ağlayır, qışqırır.
Əslən italyan Samira Lupidinin vəkili Elison Toddun sözlərinə görə, onun müvəkkili ruhi sapıntı durumunda, dəlilik astanasındadır.
S.Lupidinin əri, 31 yaşlı Karl Uiver reportyorların heç bir sualına cavab vermir. Onun ağır depressiyada olduğu deyilir.
 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.