Dünya

Putin İsrailə "od qoydu"

29 Mart 2015 09:26
0 Şərh     Baxış: 2 138
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Fələstinlilər də müstəqil bir dövlət qurmaq haqqına sahibdirlər"

Rusiya Federasiyası prezidentinin Fələstinin müstəqilliyi barədə verdiyi açıqlama İsrail üçün xoş olmayacaq.

Anspress-in məlumatına görə, Rusiya dövlət başçısı Vladimir Putin Şərqi Qüdsün paytaxt olması şərtilə Fələstin dövlətinin qurulmasına kömək edəcəklərini bildirib.

V.Putin bu açıqlama ilə Misirin Şarm əş-Şeyx şəhərində başlayan Ərəb Dövlətləri Liqasının 26-cı Sammitində iştirak edən liderlərə səslənib.

"Fələstinlilər paytaxtı Şərqi Qüds olmaqla, rahat yaşaya biləcək müstəqil bir dövlət qurmaq haqqına sahibdirlər. Rusiya tərəflərin danışıq və müzakirələr vasitəsilə bu istiqamətdə məqsədə çatmağı üçün dəstəyini əsirgəməyəcək", - deyə RF prezidenti bildirib.

Bundan başqa, o, ərəb dünyasındakı problemlərin sülh yolu ilə və xarici müdaxilələr olmamaq şərtilə həll edilə biləcəyini vurğulayıb.

Qeyd edək ki, Ərəb Dövlətləri Liqasının 26-cı Sammiti Misirin Şarm əş-Şeyx şəhərində 14 ölkə lideri və 7 ölkə təmsilçisinin iştirakı ilə keçirilir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.