Dünya

25 maşın bir-birinə girdi - FOTO

1 Mart 2015 09:24
0 Şərh     Baxış: 984
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qəzanın ölümcül təhlükəsi sovuşmayıb

ABŞ-ın Missuri ştatında 25 maşının iştirak etdiyi böyük zəncirvari qəza baş verib.

Anspress-in məlumatına görə, bu barədə "NBC News" xəbər verir.

Qəzanın əsas səbəbi güclü yağan qar olub. İnsident Rolla şəhəri yaxınlığında baş verib. Hadisə içində 55 nəfər olan sərnişin avtobusunun qoşqulu yük maşınına toqquşmasından sonra baş verib. Bundan sonra bütün digər maşınlar zəncirvari olaraq qəza törədib.

Nəticədə sərnişin avtobusundakı 11 yaralı xəstəxanaya yerləşdirilib. Lakin bununla qəzanın ölümcül təhlükəsi sovuşmayıb. Daşınan sisternlərin birindən tezalışan maye tökülməyə başlayıb. Xoşbəxtlikdən mayenin alışmasının qarşısını almaq olub.

Milli.Az


Böyütmək üçün şəkillər klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.