XX əsrin sonlarında qlobal siyasətdə yeni bir termin möhkəmlənməyə başladı: "non-state actors". Yəni beynəlxalq münasibətlərin dövlət olmayan iştirakçıları. 2011-ci ilə qədər ən böyük "non-state actor" Əl-Qaidə idi. Onun vasitəsilə dünyada çox şey dəyişdirildi. Amma artıq Əl-Qaidənin dövranı bitib - indi dövran İŞİD-indir.
İraq və Şamın İslam Dövləti adlanan terror təşkilatı Yaxın Şərqdə tamamilə yeni bir vəziyyət yaradıb. Formal olaraq 2006-cı ildə Əl-Qaidənin ikinci şəxsi olan Zərqavinin də səyləri ilə 11 radikal islamçı qruplaşmanın birləşməsi nəticəsində yaransa da, İŞİD bu ilin yayında adını dünyaya tanıtdı. Niyə? Çünki bunun üçün əvvəlcə uyğun şərait yaradılmalı idi: İraqda dövlətin öz ərazililərinə nəzarəti itməli, Suriyada vətəndaş müharibəsi başlamalı idi. Sanki "ərəb baharı" ilə başlayan proseslər məhz İŞİD-in möhkəmlənməsi və parlamasına, elə həm də partlamasına xidmət edirdi. İŞİD də Yaxın Şərqdə partladı, nə partladı...
2013-cü ildə Suriyada hökumət qüvvələrinə qarşı döyüşməyə başlayan İŞİD qısa vaxtda ən radikal və qəddar islamçı qruplaşma imicini qazandı. Niyə islamçı? Çünki İŞİD yeni tipli terrorçu təşkilatdır: o, öz ideologiyasını təbliğ edir və Suriya, İraq və Livan ərazilərində dini dövlət yaratmaq iddiasındadır. Bu ilin iyunun 10-da İraqın Mosul, bir neçə gün sonra Tikrit şəhərlərini tutub, Bağdada maksimum yaxınlaşanda dünya birliyi İŞİD-ə münasibətini dəyişmək zorunda qaldı. Çünki buna qədər terrorçu təşkilatlar şəhərləri tutmurdular, sadəcə, partladıb qaçırdılar. Aydın oldu ki, biz nəsə yeni bir fenomenlə üz-üzəyik.
Bu gün İŞİD İraqın şərqindəki Diyaladan Suriyanın Hələb şəhərinə qədərki ərazilərə nəzarət edən iri bir kvazidövlətdir. Ona Əbu Bəkr əl-Bağdadi adı ilə tanınan Abdullah İbrahim əs-Səmarai başçılıq edir ki, bu adama "21-ci əsrin Bin Ladeni" də demək olar. Özünü xəlifə elan etmiş əl-Bağdadinin haqqında çox az məlumat var. Bəzi informasiyalarda onun MOSSAD-ın hazırlıq kurslarını keçdiyi iddia olunur. Onun 2004-cü ildə Amerika əsgərləri tərəfindən əsir götürüldüyü, sonra qaçdığı da bildirilir. Xəlifənin tutulması üçün MKİ-nin (Mərkəzi Kəşfiyyat İdarəsi) 100 nəfərlik xüsusi qrup yaratdğı deyilsə də, onun harada olması haqda məlumat belə yoxdur. Amerikanın casus peykləri və pilotsuz təyyarələri də xəlifəni tapa bilmirlər. Bəlkə də həmin 100 nəfərlik qrup və cəsus peykləri elə həmin xəlifənin təhlükəsizliyini təmin etmək üçündür kim bilir?
Bölgədə öz ağalığını təmin edə bilmək üçün İŞİD bu ilin yazında "Əl-Qaidə" və ona bağlı olan "Cəbhət ən-Nüsra" ilə faktiki müharibəyə başladı. 2000-dən çox adamın öldüyü döyüşlərdən sonra İŞİD, demək olar ki, rəqibsiz qalıb.
İŞİD artıq "kafir" adlandırdığı minlərlə adamı - şiələri, xristianları, yezidiləri qətlə yetirib. BMT-nin məlumatına görə, İŞİD-in qurbanları arasında 700-dən çox uşaq var. Minlərlə insan da onun əsir və girovluğundadır. Qətllərin çoxu xüsusi vəhşiliklə: başı kəsilərək həyata keçirilir ki, bu da, şübhəsiz, İslamı dünyanın gözündə vəhşi din kimi tanıtmağa xidmət edir. Bu gün İŞİD-in 12 minə yaxın döyüşçüsünün olduğu bildirilir. Bəzi mənbələr isə onların sayının 30 mini keçdiyini deyirlər.
Avqustun 19-da amerikalı jurnalist Ceyms Fouliin başının kəsilməsi kadrları internetdə yayılandan sonra prezident Obama İŞİD məsələsinə ciddi reaksiya vermək zorunda qaldı. Amma hələ ki bunun heç bir nəticəsi olmayıb. Sentyabrın 2-də digər amerikalı jurnalist Stiven Sotloff da eyni taleni yaşadı. İŞİD-in yüzlərlə insanları kütləvi şəkildə necə qətl etməsi, qadınları necə satışa çıxarmasının videoları da həmçinin internetdə yayılıb. İraq orusuna qarşı bəzi hücumları zamanı İŞİD hətta kimyəvi silahdan - zəhərli qazdan da istifadə edib.
Amma ilk baxışdan başıpozuq psixopatlar dəstəsi kimi görünsə də, əslində İŞİD belə deyil. Onun "Əl-Fürqan" adlı çox yaxşı təşkil olunmuş media və təbliğat strukturu var. Bu ilin mayında İŞİD-in "Əl-Həyat" studiyasının çəkdiyi "Qılıncların cingiltisi" adlı film isə, CNN-in verdiyi qiymətə görə, hətta Hollivud məhsulları ilə müqayisə oluna bilər.
Qruplaşmanın yaxşı idarə olunan maliyyə strukturu da mövcuddur. İŞİD nəzarətində olan iki böyük neft yatağından gündə 4 milyon dollara yaxın pul götürür. İraq və Suriya banklarından da xeyli pul qarət edib. Bu gün İŞİD-in 9 milyard dollara yaxın büdcəsinin olduğu deyilir. Bundan başqa, onun neft ixrac edən ərəb dövlətlərindən, xüsusilə Səudiyyə Ərəbistanı və Qatardan pul aldığı da məlumdur.
Bu günə qədər ən çox diqqət çəkən məqamlardan biri İŞİD-in indiyəcən mövcud olmuş islamçı qruplaşmalardan fərqli olaraq, İsrailə qarşı heç bir əməliyyat keçirməməsidir. Buna dayanaraq, bəzi ekspertlər İŞİD-in İsrail və Qərb kəşfiyyatları tərəfindən yaradıldığı haqda versiyalar irəli sürülər. MKİ-nin məxfi sənədlərini yaymaqla məşhurlaşan Edvard Snouden İŞİD-in arxasında ABŞ, Britaniya və İsrail kəşfiyyatlarının dayandığını açıqlamışdı.
Bütün hallarda görünən budur ki, İŞİD iki əsas missiyanı yerinə yetirir: Yaxın Şərqdə xaosun davamlığını təmin etmək və İslam dinini tamamilə dünyanın gözündən salmaq. Hər iki missiyanın kimlərin marağına qulluq etdiyini anlamaq isə çətin deyil.
İŞİD birmənalı şəkildə idarəolunan xaos yayıcısıdır. Xaosun necə idarə olunduğunu bilmək üçün sadəcə İŞİD-in son bir neçə ayda atdığı addımları izləmək yetər. Baxın, İraqın keçmiş baş naziri Nuri Əl-Maliki son zamanlar qərbdəkilərin maraqlarına cavab verməyən siyasət yürüdürdü. Və nə oldu? Suriyada Bəşər Əsəd rejiminə qarşı vuruşan İŞİD üz tutdu İraqa. Başladı bir-bir şəhərləri ələ keçirməyə. Elə ki, onlar Vaşinqtonun Yaxın Şərqdə yeni platsdarm kimi gördüyü Kürdüstana doğru yönəldilər, göydən üzərlərinə bomba yağdırıldı. Yəni selin qarşısına bənd atıldı ki, başqa səmtə axsın. Sel artıq öz işini görmüşdü: Nuri Əl-Maliki postunu tərk etdi.
Qərbdəkilər Kürdüstandakı peşmərgələrə İŞİD-dən qorunmaq adı altında açıq şəkildə yetərincə silah-sursat ötürdülər. Bu azmış kimi, Türkiyəni də prosesə qoşmaq istədilər. O ölkəni ki, peşmərgənin güclənməsində qətiyyən maraqlı deyil və heç kim təminat verə bilməz ki, onlara ötürülən silah bir gün Türkiyənin özünə qarşı yönəlməyəcək. Türkiyə həm bu haqda şübhələrini, eyni zamanda da diplomatik təmsilçiliyinin 49 üzvünün İŞİD-in əlində olduğunu qabatrmaqla Qərbin İŞİD-ə qarşı savaşda yer alması istəyini rədd etdi. Amma Türkiyənin bu məsələni qabardaraq İŞİD-ə qarşı vurmayacağını açıq dilə gətriməsindən sonra İŞİD-dəkilər türkiyəli girovları Ankaraya təhvil verdilər. Siz diqqət yetirin: İŞİD əlindəki türkiyəli girovları təhvil verir ki, Ankaranın bəhanəsi aradan qalxsın və ona qarşı savaşda yer alsın. Normal məntiqə sığan məsələ deyil. Amma bu gösərir ki, xaos daşıyıcıları sərbəst deyillər və tapşırıq gələndə öz maraqlarına cavab verməyən addımlar da atırlar. Yəni idarə olunurlar.
Fikir verin: diplomatları buraxılandan sonra da Türkiyənin tərəddüd ediyi üzə çıxanda İŞİD İraqdakı həmlələrini dayandırdırb, Suriyada hərəkətə keçdi. Özü də Türkiyə ilə sərhəd bölgələrdə. O bölgələrdə ki, kürdlər yaşayır. Təbii ki, Türkiyədəki kürdlər soydaşlarının qırılmasına səssiz qala bilməzlər. Qalrmırlar da: rəsmi Ankaradan tələb edilir ki, kürdləri qorumaq üçün hərəkətə keçsin. Yəni İŞİD-lə savaşsın. Qərbin Türkiyədən istədiklərini indi bu ölkənin vətəndaşları tələb edir. Xaos, bax bu cür idarə olunur.
Azvision.az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
- Vikinqlər haqqında Yeni Kəşflər
- Qış mövsümünə hazırlıq - Bədənin bu vitaminlərə ehtiyacı var
- Hər gün içmək bu xəstəliklərə yol açır - SİYAHI
- Bu rayonlarda restoran açmaq daha çox qazandırır - VİDEO
- Təcili yardım maşını piyadanı vuraraq öldürdü
- Ramil Cəfərova Milli Məclisdə vəzifə verildi
- İbrahim Tatlısesin sevənlərinə üzücü xəbər - FOTO
- Türkiyədə neft emalı zavodunda yanğın oldu
- Corc evlənir? - FOTO
- Xalq artisti Rasim Abdullayev vəfat etdi
- “TikTok”da canlı açıb qumar oynayırlar - VİDEO
- Günün qoroskopu: Uğur əhvalınızdan asılıdır
- Qazaxıstanda güclü zəlzələ oldu
- Göygöldə minik maşını dərəyə aşdı - xəsarət alan var - FOTO
- “İzzətin adını eşitmək istəmirəm” - Əməkdar artist - FOTO
- Bakıda “Toyota” və "BMW" toqquşdu - FOTO
- Bakıda məktəbdən 2 ton yığıldı, emala göndərildi
- Tələbələrə ŞAD XƏBƏR: Borclar bağışlandı
- Bağçalarda işləmək istəyənlərin NƏZƏRİNƏ: İşə qəbul başladı
- Ronaldodan "dubl" - VİDEO
- İnternetin qiyməti ilə bağlı VACİB AÇIQLAMA
- Gecə saat 4-də iki nazirimiz ayaqüstə…
- Ermənistanda nə baş verir? - dövlət bayrağı endirildi - VİDEO
- Ayan ilk dəfə sevgilisindən danışdı - mənim kimi dəlidir