Futbol yığmamız sabah AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirəcək. Berti Foqtsun yetirmələri Astanada Qazaxıstan millisi ilə üz-üzə gələcək. Geriyə boylandıqda, komandamızın azsaylı səfər qələbələrindən birini məhz bu rəqib üzərində qazandığını görürük.
Millimiz 2004-cü ilin aprelində Karlos Alberto Torresin başçılığı altında Qazaxıstan yığmasını 3:2 hesabı ilə məğlub etmişdi. Düzdü, həmin qarşılaşma yoldaşlıq xarakterli bir matç idi, amma istənilən halda qələbə, elə qələbədir.
Qazaxıstan üzərində qazanılan qələbədən 7 il ötüb və Torres artıq yığmamızın "sükanı arxasında" yox, vətənindədir. Buna rəğmən, braziliyalı futbol əfsanəsi ilə əlaqə saxlayıb, həm hal-əhval tutduq, həm də ona tanış rəqiblə oyunumuz ərəfəsində fikirlərini öyrəndik.
- Salam, cənab Torres. Sizi Azərbaycandan, Milli.Az xəbər portalından narahat edirik.
- Salam, salam. Buyurun, xoşdur.
- Necəsiniz? Nə işlə məşğulsunuz?
- Yaxşıyam, çox sağ olun. Hazırda Braziliya çempionatının A seriyasında çıxış edən "Botafoqo"da çalışıram. Klubun baş meneceriyəm. Mövsüm yenicə başladığından iş-güc çoxdur.
- Azərbaycan futbolu ilə maraqlanırsınızmı?
- Maraqlanmaq deyəndə, ancaq internet vasitəsi ilə bəzi şeylərdən xəbər tuturam. Yəni ölkənizlə bağlı qarşıma nəsə xəbər çıxanda mütləq oxuyuram. Amma ümumən götürəndə, son illər Azərbaycan futbolunda baş verənlər barədə ətraflı məlumatım yoxdur.
- Azərbaycanda kiminləsə əlaqə saxlayırsınız?
- Xeyr, heç kimlə. Deyəsən, ancaq jurnalistlərin yadına düşürəm (gülür).
- Həmyerliləriniz Flavinyo, Rodriqinyo, Denis Silva və Alessandro Viana da Silvanın formasını geyindiyi "Neftçi" ölkə çempionu oldu. Bundan xəbəriniz var?
- Bəli, haradasa belə bir məlumat oxudum. Ümumiyyətlə, Azərbaycanda yaxşı braziliyalı futbolçular var. Bildiyim qədər, onlar çıxış etdikləri komandalarda aparıcı rol oynayırlar. Əminliklə deyə bilərəm ki, braziliyalılar Azərbaycan futbolunun inkişafında xüsusi önəm daşıyırlar və çempionatınıza rəng qatırlar. Bizim futbolçular ölkənizin, onların karyerasında tramplin ola biləcəyinin fərqindədilər.
- Millimizi qarşıda AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində Qazaxıstan yığması ilə səfər matçı gözləyir. Biz bu rəqibi artıq bir dəfə Almatıda yenmişik və həmin qələbə sizin rəhbərliyiniz altında əldə olunub. Sizə tanış rəqiblə duel ərəfəsində xələfiniz Berti Foqtsa nə məsləhət görərdiniz?
- Bağışlayın, amma Foqtsa məsləhət verə bilmərəm. O, özü həm dahi futbolçu olub, həm də dahi məşqçidi. Foqts işini bilən adamdı, nə lazımdırsa, edəcək. İnanıram ki, onun rəhbərlik etdiyi yığmanız doğru yoldadı. Çəkilən zəhmət öz bəhrəsini verəcək.
- Yenidən ölkəmizdə işləmək istərdiniz?
- Əlbəttə, niyə də olmasın? Mənim Azərbaycandan və azərbaycanlılardan xoşum gəlir. Xalqınız barədə ancaq müsbət sözlər deyə bilərəm. Azərbaycanlılar çox mədəni və dünyagörüşlü insanlardılar. Hər kəsə salamımı çatdırın. Qismət olar, dəvət göndərərlər, yenidən orada işləyərəm.
Şamo Quliyev
Milli.Az
İdman
Karlos Alberto Torres: "Bağışlayın, amma bunu edə bilmərəm" - EKSKLÜZİV - FOTO
2 İyun 2011 09:45
Baxış: 1 454
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
- Tərtərdə məktəblilər arasında əlbəyaxa davanın TƏFƏRRÜATI - VİDEO
- Saxta spirtli içkilər hazırlayan sex aşkarlandı - dəstə üzvləri saxlanıldı
- “Qarabağ” Avropa rekordunun bir addımlığında
- “Çox təəssüf ki, bu il iştirak edirdik”
- “Doğma komandamızın hazırkı durumu məni çox utandırır” - FOTOlar
- Özünü ölü göstərən Rafət belə deşifrə olunubmuş
- Məşhur türkiyəli müğənni saxlanıldı - FOTO
- Birinci Qarabağ müharibəsində itkin düşən şəhid dəfn olundu - VİDEO
- Bu taksi şirkəti qiymətləri ARTIRDI
- Rusiya Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Almatı görüşünü alqışlayır - Zaxarova
- Ali qonağın şərəfinə rəsmi nahar verilib
- Seda Sayanın 4 milyon dollarlıq villası - FOTOlar
- Ölkə ərazisində yağıntı nə zaman kəsiləcək? - AÇIQLAMA
- Bir qrup hərbi qulluqçuya mənzillər təqdim edilib - FOTO
- "Ac da qalmışam, əşyamı da satmışam" – VİDEO
- Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub - FOTO
- Telman İsmayılovun adı onun ölümündə hallanır - YENİ FAKTLAR
- Hakimi təhqir etdi, 5 oyunluq cəza aldı
- Zaqatalada dönərdən zəhərlənənlərdən 32 nəfəri evə buraxıldı
- Dostluqda ən sadiq bürclər onlardır
- “Sahil bağı” parkında sevdiyi qızı bıçaqlayana hökm oxundu
- "Taxt oyunları"nın aktyoru vəfat etdi - FOTO
- Ögey atasını öldürmüşdü, cəza verilmədi
- 9-cu mərtəbədən yıxılan yeniyetmə sağ qaldı