İdman

"Hiss edirdim ki, qələbə topunu mən vuracam"

29 May 2016 10:59
0 Şərh     Baxış: 1 692
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Real" Çempionlar Liqasının 2015/16 mövsümünü qalib kimi başa vurmaqla bu turnirdəki çempionluq sayını 11-ə yüksəldib. Goal.az xəbər verir ki, "kral klubu"nun hücumçusu Ronaldu oyun barədə bunları deyib:

"Son penaltini dəqiq vurmalı idim. Hiss edirdim ki, qələbə topunu mən vuracam. Zidana dedim ki, məni ən axıra salsın. Gözəl oyun getdi. Mən Çempionlar Liqasını 3-cü dəfə qazandım. Biz çox sevincliyik, final oyunu həmişə çətin keçir. Turnirin ən sərrast oyunçusu olmaq? Belədirsə, çox şadam. Bu rekordlar təbii yolla qazanılır. Çempionlar Liqasının bir mövsümündə ən çox qol (17) mənə məxsus nəticədir".

Ronaldu qarşıdakı Avropa çempionatı barədə fikirlərini də bölüşüb. "İndi bir neçə gün dincələcəm. Fernandu Santuş mənə istirahət verib. Bu qələbə Avropa çempionatında uğurlu çıxışıma kömək edəcək. Çempion olacağımıza söz vermirəm. Bunun baş verməsinə inanmaq lazımdır. Bizim əla komandamız və baş məşqçimiz var. Düşdüyümüz qrup çətin olsa da, keçilə biləndir. Pley-offun ilk raundunda isə hər şey ola bilər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.