İdman

"Bir-birimizi yaxşı tanıdığımızdan mübarizə görünmədi"

29 May 2016 09:56
0 Şərh     Baxış: 796
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

ShamkirChess2016 turnirinin III turunda Azərbaycan şahmatçıları Rauf Məmmədovla Eltac Səfərli heç-heçə oynayıblar.

Milli.Az-ın məlumatına görə, partiyadan sonra Rauf Məmmədov oyun haqda fikirlərini bildirib: "Eltacla görüşümüz sönük oldu. Bir-birimizi yaxşı tanıdığımızdan mübarizə görünmədi. Heç-heçə normal nəticədir. Səfərli fərqli debüt oynasa da, üstünlük əldə etmədi. Belədə oyun bərabər səviyyədə davam etdi".

Rauf Məmmədov 42-ci Ümumdünya Şahmat Olimpiadası haqda da danışıb: "Şahmat Olimpiadası qrossmeysterlər üçün ən mötəbər və çətin yarışdır. Bir sıra yarışlarda Azərbaycan millisi yaxşı oynasa da medal qazanmayıb. Sonuncu Tromsö Olimpiadasında belə oldu. Norveçdə keçirilən yarışda uzun müddət lider kimi yarış cədvəlinə başçılıq etdik. Sonda isə Azərbaycan millisi yarışı 5-ci sırada başa vurdu. Bu mənada Bakı Şahmat Olimpiadası bizim üçün ikiqat önəmlidir. Çox istərdik ki, ilk medalımızı doğma şəhərimizdə qazanaq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.