Yarış proqramının üçüncü günündə Azərbaycanın 3 qadın güləşçisi meydana çıxıb. Yığmamızın lideri Mariya Stadnik (44 kq) startda ispaniyalı Sara Mariya Sançes Parra ilə qarşılaşıb və qələbə qazanıb. Ardından britaniyalı Yana Stadnikə də eyni aqibəti yaşadan idmançımız yarımfinalda da Nina Matkovskanı mübarizədən kənarlaşdıraraq, adını finala yazdırıb. Qızıl medal qazanmaq üçün Stadnik həlledici görüşdə ukraynalı Kristina Daranutsaya qalib gəlməli idi ki, o, bu vəzifənin də öhdəsindən layiqincə gəlib və baş mükafata sahib çıxıb.
Anjela Doroqan (51 kq) isə startda fransalı Vanessa Bubriemə qalib gəlsə də, növbəti görüşündə Nataliya Budu qarşısında aciz qalıb. Fransalı güləşçinin finala vəsiqə qazana bilməməsi isə güləşçimizin bürünc medal qazanmaq arzusunu da gözündə qoyub.
55 kq-da yarışan Kəmalə Əliyeva rumın Anna Mariya Pavalı mübarizədən kənarlaşdıra bilməyib. O, rəqibinə 2:2, 0:4, 0:7 hesabıyla uduzduqdan sonra bürünc şansına malik olsa da, rumıniyalının finala çıxa bilməməsi idmançımızın medalsız qalmasına səbəb olub.
Milli.Az
İdman
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Mariya Stadnik üçüncü dəfə Avropa çempionu oldu - VİDEO
1 Aprel 2011 18:28
Baxış: 695
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi açıqlandı
-
3 gün partlayış səsləri eşidiləcək - XƏBƏRDARLIQ
-
Nusretin Dubaydan VİDEOsu diqqət çəkdi
-
Bir ailənin Novruz bazarlığı neçəyə başa gəlir? - QİYMƏTLƏR
-
“İndi sağ əlimlə zərbəm daha güclüdür”
-
200-ə yaxın azərbaycanlı Muskatdan Bakıya gətirilir
-
Əməkdar artist: "Elə həyat yaşayıb gündə döyülməliyəm?"
-
ÇL: 1/8 final mərhələsinin oyunları başlayır
-
Futbol əfsanəsi ilk dəfə ölən oğlundan DANIŞDI - FOTO
-
Azərbaycanda məşhur karqo şirkəti BAĞLANDI
-
İran Hörmüz boğazında neft axınını dayandırsa... - Trampdan sərt XƏBƏRDARLIQ
-
Dünən 114 dollara olan neft bu gün kəskin UCUZLAŞDI
-
Martda bu 3 BÜRC VARLANACAQ
-
Bir gündə iki ölüm - Dəm qazı yenə can aldı
-
Azərbaycandan İrana 30 tona yaxın qida məhsulları göndərilib - FOTO
-
Avro 2 manata QALXIR - AMB-dən yeni məzənnələr
-
Azərbaycan Prezidentinin tapşırığı ilə İrana humanitar yardım yola salınıb - FOTO
-
Paşinyanın Tbilisi mesajı: Cənubi Qafqazda yeni geosiyasi mərhələ başlayır
-
Silva “Mançester Siti”dən Fransa klubuna keçə bilər
-
Bakıda sürücülərin ən çox etdiyi səhv - DİN açıqladı - VİDEO
-
“Rıza baba” xəstəxanaya yerləşdirildi
-
Dünyada ən çox balistik raketə sahib ölkələr: Azərbaycanın yeri...
-
Xalq artisti: "Burnumu bəyənməyən kanalı çevirsin"
-
Tam ölçülü yumşaq bulka xəmiri resepti





