İdman

Ölkədən qaçdığı xəbəri yayılan "Hafka" danışdı: "Dönəcəyəm" - YENİLƏNİB

23 May 2015 16:40
1 Şərh     Baxış: 8 395
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Hafka" iddialara Londondan cavab verdi: "Tam yalandır, qayıdıram..."

16:40

"Mənim ölkədən qaçmağım haqda KİV-lərdə yayılan informasiyalar tamamilə yalandır. Hazırda Londondayam, müalicə alıram. Ayağımda problemlər var. Yaxın günlərdə Bakıya dönəcəyəm".

Bu sözləri virtualaz.org saytına açıqlamasında məşhur oliqarx Hafiz Məmmədov ("Hafka") deyib.

"Hafka" onun cinayət məsuliyyətinə cəlb olunacağı haqda KİV-lərdə yer alan iddiaları da rədd edib.

"Qayıdandan dərhal sonra sizinlə görüşməyə və bütün suallarınıza cavab verməyə hazıram", - deyə oliqarx bildirib.

Xatırladaq ki, bu gün bəzi KİV-lər "Hafka"nın adının da "oliqarxların işi"ndə keçdiyini, onun iri məbləğdə kredit dələduzluğu ittihamı ilə keçirilən istintaq tədbirlərindən yayınmaq üçün ölkədən qaçdığını yazıblar.

------------

13:20

"Bakı"nın prezidenti Hafiz Məmmədov komandasının cari mövsümdəki çıxışından razıdır. Futbolxeber.az-ın məlumatına görə, hazırda ölkə xaricində olan klub prezidenti dünən "Neftçi"yə qarşı baş tutan oyundan sonra (0:0) komanda üzvlərini təbrik edib. Mövsüm boyu gənclərin əzmkar mübarizə apardığını vurğulayan Hafiz Məmmədov "Bakı"nın daim Azərbaycan futboluna xidmət etdiyini vurğulayıb:

"Neftçi" ilə oyun "Bakı"nın cari mövsümdəki son ev qarşılaşması idi. Komanda çox yaxşı təsir bağışladı. Göstərilən oyuna görə futbolçulara təşəkkür edirəm. Onlar əsl kollektiv kimi mübarizə apardılar. İnanıram ki, bu uşaqlar gələcəkdə Azərbaycan futboluna daha böyük xeyir verəcəklər. "Bakı" bu mövsüm 9-cu yeri tutdu. Amma bu nəticə bizi məyus etmir. Çünki bu, onların böyük futbolda ilk addımlarıdır. "Bakı" vuruşqan komanda təsiri bağışladı. Bu gün komandamızda gənclərin oynaması Azərbaycan futboluna böyük fayda verəcək.

Hazırda Premyer Liqanın bir çox klublarında "Bakı"nın yetirmələri oynayır. Bu, bizim düzgün iş apardığımızın göstəricisidir. İnanıram ki, hazırkı heyətdə yer alan gənclər daha böyük uğurlar əldə edəcəklər. "Bakı" klubunun əsas məqsədi daim Azərbaycan futboluna xeyir vermək olub. Bu gün "Bakı"da oynayan gənclər yaxın gələcəkdə milli komandamızda da əsas söz sahibləri olacaqlar".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.