İdman

Qədir Hüseynov Dünya Kubokunda iştirak edəcək

21 May 2015 09:44
0 Şərh     Baxış: 502
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Beynəlxalq Şahmat Federasiyasının (FİDE)  prezidenti Kirsan İlyumjinov  Azərbaycan Şahmat Federasiyasının xahişini nəzərə alaraq, beynəlxalq qrossmeyster Qədir Hüseynovun indiyədək göstərdiyi nailiyyətlərini əsas tutaraq  (Azərbaycan milli komandasının tərkibində 2 dəfə Avropa Çempionu - 2009, 2013-cü illər, həmçinin 2 dəfə Avropa Çempionatında 3-2-ci yerlər (2007-2011-ci illərdə )  Dünya Kubokunda iştirakına razılıq verib.

Xatırladaq ki, sentyabrın 10-dan oktyabrın 6-dək Bakıda şahmat üzrə Dünya Kuboku keçiriləcək. Dünya Kubokunda 128 zəka sahibi birincilik uğrunda mübarizə aparacaq. Azərbaycanı bu yarışda  Şəhriyar Məmmədyarov,Teymur  Rəcəbov, Eltac Səfərli, Rauf Məmmədov, Vasif Durarbəyli və Qədir Hüseynov təmsil edəcəklər.  

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.