İdman

""Qarabağ"a qarşı daha yaxşı hazırlaşırlar"

30 Oktyabr 2014 14:41
0 Şərh     Baxış: 782
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az xəbər verir ki, "Qarabağ"ın yarımmüdafiəçisi Muarem Muarem Azərbaycan Premyer Liqasının 10-cu turunun "İnter"ə qarşı matçından (0:0) sonra qol.az saytının suallarını cavablandırıb.

- Oyunla bağlı fikirlərin necədir?

- Hər zamankı kimi bu oyun da çox maraqlı alındı. "İnter" ənənəsinə sadiq qalaraq bizə qarşı yaxşı taktikayla oynadı. Hər iki komanda bacardığını ortaya qoydu. Məncə, heç-heçə ədalətli nəticədir.
 

- Dörd gün ərzində çempionatda iki ağır oyun keçirdiz: əvvəl "Xəzər Lənkəran", sonra isə "İnter"lə qarşılaşdınız. Bu oyunlardan hansı sizin üçün daha çətin oldu?

- "İnter"lə matçı qeyd edərdim. Çünki onlar yaxşı müdafiə olunurlar. Nəzərə alaq ki, biz Avropa Liqasında da mübarizə aparırıq. Buna görə də "İnter" kimi yaxşı müdafiə olunan komandaya qarşı oynamaq çətindir.
 

- Növbəti oyununuz autsayder "Araz Naxçıvan"a qarşıdır. Yəqin ki, bu oyun sizin üçün asan keçəcək.

- Mən belə düşünmürəm. Çünki dediyim kimi, biz Avropa Liqasında da oynayırıq. Yerli komandalar "Qarabağ"a qarşı daha yaxşı hazırlaşır və bizə çətinlik yaratmağa çalışırlar. Ona görə də qarşıdakı oyunun məsuliyyətini dərk etməliyik.
 

- Qarşınıza qoyduğunuz əsas məqsəd Avropa Liqasında qrupdan çıxmaqdır, yoxsa Azərbaycan çempionu olmaq?

- Əslində biz hər iki yarışdakı bütün oyunlara ciddi yanaşırıq. Təbii ki, Avroliqa daha məsuliyyətli və çətin turnirdir. Çünki Avropa klublarına qarşı oynayırsan. Bu qarşılaşmalar bizdən daha çox güc tələb edir.
 

- Səncə, "Dnepr"i Bakıda da məğlub edə biləcəksiz?

- Niyə də olmasın (gülür)? Əgər həmin komandaya səfərdə qalib gəlmişiksə, deməli, öz azarkeşlərimiz önündə də bu uğuru təkrarlaya bilərik. Avropanın güclü komandalarına qarşı oynayırıq. Qrupdan çıxmaq üçün Bakıda qazanılacaq üç xal bizimçün çox önəmlidir. İnanıram ki, işimizin öhdəsindən gələcəyik.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.