İdman

Sxadadze: "Bizi hesabdan silmişdilər"

20 Aprel 2014 19:35
0 Şərh     Baxış: 522
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Qələbə qazandığımız üçün şadam, rəqibdən üstün oynadıq. Oyunumuzu düzgün qurduq, iki mərkəz hücumçu ilə oynadıq. Bu, rəqib üçün gözlənilməz oldu. Çoxlu qol epizodu yaratdıq. "Bakı"nın çox yaxşı hücum xətti var, lakin müdafiəçilərimiz bu gün onların qarşısını ala bildilər".

Qol.Az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, bu sözləri "İnter"in baş məşqçisi Kaxaber Sxadadze Azərbaycan Premyer Liqasının 31-ci turunda "Bakı" ilə oyundan (4:0) sonra deyib.

Gürcü mütəxəssis bildirib ki, komandası çempionatın başlanğıcında uğursuz çıxış etdiyi üçün istefa vermək istəyib. Ancaq klub rəhbərliyi istefanı qəbul etməyib. Sxadadze ona olan bu etimadı doğrultduğunu söyləyib:

"İndi heç kim ilk 6 turu yada salmır. Sonuncu yerdə idik, bəzi məşqçilər bizi hesabdan silmişdilər. Futbolçularıma görülən işə görə, bu nəticəyə görə minnətdaram. Qarşıda hələ 5 oyun var, bu qələbəni unudub, lazımı nəticələr çıxardıb, qarşıdakı oyunlara hazırlaşacağıq. İndi turnir cədvəlində yaxşı mövqedəyik. 4-cü yerdəki "Bakı" ilə aramızda 8 xal fərq var. Klub rəhbəri mənim istefamı qəbul etməmişdi və mənə inam göstərdi. Mən də bu etimadı doğrultdum. İşimiz daha bitməyib, avrokuboklara qatılmaq üçün yaxşı şansımız var, qarşıda çox ağır oyunlarımız olacaq".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.