İspaniya La Liqasının son turunda "Real Madrid"in səfərdə "Valensiya"nı 2:3 hesabı ilə məğlub etdiyi qarşılaşmadan öncə maraqlı epizod qeydə alınıb.
Milli.Az dailysport-a istinadən xəbər verir ki, Madrid klubunun futbolçuları xatirə şəkli çəkdirən zaman Alvaro Arbeloa komanda yoldaşı Kriştianu Ronalduya qarşı gözlənilməz hərəkət edib.
İspaniyalı rejissorların diqqətindən yayınmayan bu hərəkət sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.
Milli.Az





