İdman

Bu gün onun 80 yaşı tamam olacaqdı: "Qarrinça, xalqın fəxri" - VİDEO - FOTO

28 Oktyabr 2013 14:27
1 Şərh     Baxış: 4 951
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Braziliya yığmasının sabiq hücumçusu Qarrinçanın doğum günüdür. Milli.Az-ın məlumatına görə, Braziliya futbolunun ən yaxşılarından olan Qarrinça 20-ci əsrin ən yaxşı futbolçuları siyahısında dünya futbolçuları arasında 8-ci, Cənubi Amerikadan olanlar arasında isə 4-cü yeri tutur.


Manuel (Mane) Fransisko dos Santos 1933-cü il oktyabrın 28-də Pau-Qrandidə anadan olub. 1983-cü il yanvarın 20-də Rio-de-Janeyroda dünyasını dəyişib.
  

Qarrinçanın karyerası "Botafoqo" klubunda parlamağa başlayıb. 579 oyuna 249 qol vurub. "Botafoqo"da ciddi zədələnəndən sonra klub onu satıb.

Qarrinça "Botafoqo"dan sonra heç bir klubda çox qala bilmirdi. 1955-ci ildən 1966-cı ilə kimi Qarrinça Braziliya yığmasında oynayıb və ikiqat dünya çempionu olub. 1958 və 1962-ci illərdə Dünya çempionatında 4 top ilə ən yaxşı bombardir olub.
  

Milli.Az əfsanəvi futbolçu haqda məşhur "Qarrinça, xalqın fəxri" filmini sizə təqdim edir. 

Tuncay Türbəndəzadə

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.




Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.